Azərbaycan Tibbi İnformasiya və Səhiyyə Portalı
19 Noyabr 2025, Çərşənbə, 09:08
Əlaqə vasitələri
Bizimlə əlaqə
Əmək gigiyenasına riayət etmək yalnız qayda deyil, sağlam gələcəyin zəmanətidir
24 Oktyabr 2025
152
Əmək gigiyenasına riayət etmək yalnız qayda deyil, sağlam gələcəyin zəmanətidir

Sağlam və təhlükəsiz iş şəraiti hər bir insanın əsas hüquqlarından biridir. Əmək gigiyenası iş mühitində sağlamlığın qorunmasına, zərərli amillərin qarşısının alınmasına və işçinin orqanizminə mənfi təsirlərin azaldılmasına yönəlmiş qaydalar toplusudur. Bu qaydalara əməl etmək təkcə peşə borcu deyil, həm də uzunmüddətli sağlamlığın və həyat keyfiyyətinin təminatıdır.

Azmedinfo.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, düzgün təşkil edilmiş iş mühiti təmiz hava, optimal işıqlandırma, səs-küyün azaldılması və fasilələrin qorunması əmək məhsuldarlığını artırır, xroniki yorğunluğun və peşə xəstəliklərinin qarşısını alır.

Əmək gigiyenasına riayət olunmadıqda əzələ-skelet sistemi pozğunluqları, görmə və eşitmə zəifləməsi, stress və tənəffüs sistemi problemləri yarana bilər. Bu səbəbdən işəgötürənlər və işçilər hər biri üzərinə düşən məsuliyyəti dərk etməlidir.

 

Sağlamlıq tövsiyələri

İş yerində müntəzəm havalandırmanı təmin edin.

Uzunmüddətli oturaq və ya eyni vəziyyətdə qalmaqdan çəkinin, hər 1-2 saatdan bir qısa fasilə verin.

Kompüter qarşısında çalışanlar üçün göz gimnastikası və düzgün oturuş vacibdir.

İş geyimləri və qoruyucu vasitələrdən (əlcək, maska, eynək və s.) düzgün istifadə edin.

İş yerində sükunət və stressdən uzaq mühit yaratmaq, həm fiziki, həm də psixoloji sağlamlığın qorunmasına kömək edir.

Səhiyyə mütəxəssisləri vurğulayırlar ki, əmək gigiyenasına diqqət həm işçinin rifahını artırır, həm də cəmiyyətin ümumi sağlamlıq səviyyəsini yüksəldir.

 

Sağlam işçi – sağlam gələcəyin təminatıdır.

Ən çox oxunanlar