Çin mənşəli “ba duan jin” praktikası – yavaş hərəkətlər, nəfəs məşqləri və meditasiya elementlərini birləşdirən sistem arterial təzyiqin azaldılması üçün tövsiyə olunur.
Azmedinfo.az JACC (Journal of the American College of Cardiology)-də dərc olunan geniş klinik tədqiqatın nəticələrinə diqqət çəkərək, sözügedən üsulun sürətli yerimə ilə demək olar ki, eyni dərəcədə effektiv olduğunu bildirir.
Yüksək arterial təzyiq ürək-damar xəstəliklərinin əsas risk faktorlarından biri hesab olunur. Həkimlər adətən təzyiqin nəzarətdə saxlanması üçün fiziki aktivliyi tövsiyə etsələr də, bir çox insanın müntəzəm idman üçün vaxtı və ya imkanı olmur.
“Ba duan jin” ənənəvi Çin gimnastikası olub, səkkiz ardıcıl hərəkətdən ibarətdir. Bu sistemdə orta intensiv aerob yük, dartınma hərəkətləri, izometrik məşqlər və şüurlu nəfəs texnikaları birləşir. Məşqlər adətən 10–15 dəqiqə davam edir və xüsusi avadanlıq tələb etmir.
Tədqiqata 40 yaşdan yuxarı, sistolik təzyiqi 130–139 mm civə sütunu arasında olan 216 nəfər cəlb olunub. İştirakçılar üç qrupa bölünüb: bir qrup “ba duan jin” məşqləri edib, ikinci qrup sürətli yerimə ilə məşğul olub, üçüncü qrup isə fiziki aktivliyi sərbəst seçib.
“Ba duan jin” qrupunda məşqlər həftədə 5 gün aparılıb. Üç ay sonra bu iştirakçılarda sutkalıq sistolik təzyiqin orta hesabla 3 mm civə sütunu azalması müşahidə olunub, ümumi göstəricilərdə isə 5 mm civə sütununa qədər eniş qeydə alınıb. Bu təsir bir il sonra da davam edib.
Nəticələr bəzi hipertoniya dərmanlarının təsirinə bənzər və ya sürətli yerimə ilə müqayisə oluna biləcək səviyyədə olub. Mütəxəssislər bildirirlər ki, bu gimnastika sadə, təhlükəsiz və gündəlik profilaktika üçün rahat tətbiq edilə bilən bir üsuldur.
-
Təxirə salmayın, bəhanələri kənara qoyun və sağlamlığınız üçün indi hərəkətə keçin!Ən çox oxunanlar02 İyun 2026254
-
“Tibbi Rəqəmsal Əkiz Sistemi”nin (TRƏS) təqdimat mərasimi başlayıbƏn çox oxunanlar03 İyun 2026226
-
Azərbaycan Pediatrlar Assosiasiyası xüsusi qayğıya ehtiyacı olan uşaqlar üçün növbəti sosial-mədəni və tibbi aksiya həyata keçiribƏn çox oxunanlar06 İyun 2026226
-
ÜST rəsmisi: “Tibbi Rəqəmsal Əkiz Sistemi” operativ səhiyyə mühiti yaradacaqƏn çox oxunanlar03 İyun 2026198
-
“Ağ Libas, Böyük Addımlar”- 5 ilin hesabatıƏn çox oxunanlar03 İyun 2026192
-
Hepatit viruslarının qaraciyərə təsiri - B və C növləri niyə daha təhlükəlidir?Ən çox oxunanlar02 İyun 2026188
-
Elmi sammitdə pediatriya sahəsindəki son yeniliklər müzakirə olunacaqƏn çox oxunanlar07 İyun 2026184
-
Sosial şəbəkələrdəki "dəriyə qulluq trendləri" xərçəng riski yarada bilərƏn çox oxunanlar04 İyun 2026184
-
Kəskin daşlı xolesistitdən əziyyət çəkən pasiyent laparoskopik üsulla uğurlu əməliyyat keçdiƏn çox oxunanlar04 İyun 2026180
-
Vertebra Onurğa Tibb Mərkəzi müasir və qeyri-cərrahi üsullarla onurğa problemlərinə son qoyurƏn çox oxunanlar02 İyun 2026180
-
Səhiyyə naziri yeni rəqəmsal platformanın strateji üstünlüklərini açıqlayıbƏn çox oxunanlar03 İyun 2026168
-
Səhiyyə naziri: Tibdə rəqəmsal texnologiyalar və süni intellekt kursları keçiriləcəkƏn çox oxunanlar03 İyun 2026166
-
Ümumdünya Ətraf Mühit Günüdür – Ekspertlərdən sağlamlıq tövsiyələriƏn çox oxunanlar05 İyun 2026152
-
Vaksinasiyaya etimadın artırılması üçün tibb işçilərinin kommunikasiya bacarıqları gücləndirilirƏn çox oxunanlar05 İyun 2026142
-
Tourette sindromunun müalicəsi üçün dərman klinik sınaqlardan keçibƏn çox oxunanlar05 İyun 2026138
-
Boyun yırtığı və hemangioma eyni anda aşkarlandıqda nələrə diqqət edilməlidir?Ən çox oxunanlar08 İyun 2026130
-
İsraildən dəvət olunmuş mütəxəssislər tərəfindən uşaqlar üçün tibbi müayinələr keçirilibƏn çox oxunanlar06 İyun 2026128
-
Onkologiyada süni intellektin tətbiqi müzakirə olundu - Azərbaycanlı alimlər "ASCO-2026" ForumundaƏn çox oxunanlar10 İyun 2026122
-
İcbari tibbi sığorta çərçivəsində sümük iliyinin transplantasiyasının limiti artırılıbƏn çox oxunanlar09 İyun 2026120
-
Professor Gülnaz Dadaşova: Könüllülərimiz gələcəyin uğurlu həkimləri, alimləri və səhiyyə liderləri olacaqlarƏn çox oxunanlar07 İyun 2026108