Son illərdə oturaq həyat tərzi və hərəkətsizlik səbəbindən onurğa xəstəliklərindən əziyyət çəkənlərin sayısı sürətlə artmaqdadır.
Azmedinfo.az xəbər verir ki, Vertebra Onurğa Mərkəzinin verdiyi məlumata görə, mərkəzə müraciət edən bir pasientin müayinəsi zamanı olduqca mürəkkəb və xüsusi diqqət tələb edən klinik vəziyyət qeydə alınıb. Pasientin boyun nahiyəsində, həyati əhəmiyyət kəsb edən beyincik və uzunsov beyinə yaxın məsafədə onurğa beynini sıxan və ona birbaşa təmas edən təhlükəli fəqərəarası disk yırtığı aşkarlanıb. Vəziyyəti daha da mürəkkəbləşdirən digər əsas məqam isə pasientin həm döş, həm də bel fəqərələrini tamamilə örtən hemangiomanın, yəni xoşxassəli damar şişinin mövcudluğu olub. Mərkəzin mütəxəssisləri neyrocərrahın konsultasiyasından sonra, hemangioma riskini nəzərə alaraq, xəstəyə qan dövranını stimullaşdıran heç bir elektroterapiya üsulu tətbiq etmədən tamamilə təhlükəsiz və fərdiləşdirilmiş müalicə proqramına başlayıblar.
Vertebra Onurğa Mərkəzinin ekspertləri bildirirlər ki, onurğada eyni anda həm yırtığın, həm də hemangiomanın rast gəlinməsi müalicə metodunun seçilməsində xüsusi həssaslıq tələb edir. Boyun nahiyəsindəki disk yırtıqları əsasən uzun müddət kompüter və telefon qarşısında yanlış oturuş, boyun əzələlərinin zəifliyi və travmalar səbəbindən yaranır. Fəqərə hemangioması isə fəqərə daxilində damarların genişlənməsi ilə xarakterizə olunan, daha çox genetik və anadangəlmə faktorlara bağlı bir patologiyadır. Belə vəziyyətlərdə onurğaya isti prosedurlar etmək və ya elektrik cərəyanı vermək qətiyyən olmaz, çünki bu, damar şişinin böyüməsinə və ya fəqərənin strukturunun zəifləməsinə yol aça bilər.
Bu cür ciddi onurğa problemlərindən qorunmaq və fəsadların qarşısını almaq üçün pasientlər bəzi mühüm ehtiyat tədbirlərinə mütləq əməl etməlidirlər. İlk növbədə, həkim və neyrocərrah rəyi olmadan heç bir masaj, fiziki müalicə və ya idman növünə başlamaq olmaz. Bundan əlavə, onurğanın yükdaşıma qabiliyyəti zəiflədiyi üçün ağır əşyalar qaldırılmamalı və hər hansı onurğa ağrısı zamanı yalnız rentgenlə kifayətlənməyib, problemin dərinliyini görən MRT müayinəsindən keçilməlidir.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026286
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026172
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026154
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026146
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026142
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142