Dünya elminə verdiyi misilsiz töhfələrlə təkcə Türk dünyasının deyil, bütün bəşəriyyətin fəxrinə çevrilən Nobel mükafatı laureatı Əziz Səncərin elmi axtarışları bu gün də yeni nəsillərə yol göstərir. Onun kəşfləri sadəcə laboratoriya divarları arasında qalan nəzəriyyələr deyil, bəşəriyyətin ən ağrılı problemlərinin həllinə yönəlmiş canlı təcrübədir. Əziz Səncərin qazandığı tarixi uğur bizim üçün yalnız kimya sahəsində əldə edilmiş Nobel mükafatı deyil, fundamental elmin insan sağlamlığına və müasir təbabətə necə xidmət edə biləcəyinin ən parlaq nümunələrindən biridir.
Azmedinfo.az xəbər verir ki, bu fikirləri səhiyyə nazirinin müşaviri Elgün Səmədov Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dünyaşöhrətli alim, professor Əziz Səncərin 80 illik yubileyinə həsr olunmuş təntənəli tədbirdə çıxışı zamanı səsləndirib.
E.Səmədov böyük alimin 2022-ci ildə Bakıda keçirilmiş “TEKNOFEST Azərbaycan” festivalı çərçivəsində gənclərlə unudulmaz görüşünü və orada söylədiyi dəyərli fikirləri diqqətə çatdırıb. Qeyd olunub ki, dünyaşöhrətli alim xərçəng xəstəliyi üzərindəki araşdırmalarını heç vaxt Nobel mükafatı qazanmaq xatirinə aparmadığını, əsas amalının bu amansız bəlaya qarşı mübarizədə bəşəriyyətə faydalı bir vasitə bəxş etmək olduğunu xüsusi vurğulamışdı.
“Əziz müəllimin gənclərə tövsiyəsi də çox aydın və ibrətamizdir: mükafat və şöhrət üçün deyil, insanlığa və vətənə fayda vermək amalı ilə yorulmadan çalışın”, – deyə nazir müşaviri əlavə edib.
Çıxışında dövlət başçısının elmə və alimə verdiyi yüksək qiymətə toxunan E.Səmədov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci ildə “TEKNOFEST Azərbaycan” festivalında Əziz Səncər haqqında səsləndirdiyi tarixi sözləri xatırladıb: “Əziz Səncər kimi insanlar gənclər üçün örnəkdir, nümunədir. Həm alim, həm vətəndaş, həm türk, həm vətənpərvər insandır”.
Sonda E.Səmədov qeyd edib ki, Əziz Səncər təkcə ali elmi mükafatın sahibi kimi deyil, eyni zamanda fədakar həkim, qayğıkeş müəllim, Türk dünyasının qürur mənbəyi və minlərlə gənc tədqiqatçıya elmin çətin yollarında bələdçilik edən böyük şəxsiyyətdir.
-
Səhiyyə naziri Teymur Musayev Türkiyə Böyük Millət Məclisinin nümayəndə heyəti ilə görüşübƏn çox oxunanlar09 Oktyabr 20261170
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 2026740
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 2026732
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 2026634
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026628
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026626
-
Orqan donorluğu və transplantasiya sahəsində Anlaşma Memorandumu imzalanıbƏn çox oxunanlar08 Oktyabr 2026616
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026612
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 2026578
-
Dini məsələlərin manipulyasiya alətinə çevrilməsi yolverilməzdirƏn çox oxunanlar13 Oktyabr 2026562
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 2026554
-
əl-Bəqərə surəsi, 256-cı ayə nə deyir?Ən çox oxunanlar13 Oktyabr 2026552
-
Quranda hicab əmri varmı?Ən çox oxunanlar12 Oktyabr 2026544
-
“Klinik bacarıqların tədrisi və qiymətləndirilməsində müasir yanaşmalar” mövzusunda seminar keçiriləcəkƏn çox oxunanlar13 Oktyabr 2026494
-
Milli İmmunlaşdırma Kampaniyası çərçivəsində uğurlu nəticələr əldə edilirƏn çox oxunanlar13 Oktyabr 2026486
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026444
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 2026442
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026422
-
Endokrinoloq: Diabetdən miyopiyaya uşaqlarda görmə problemlərinə diqqət artırılmalıdırƏn çox oxunanlar08 Oktyabr 2026344
-
Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradırƏn çox oxunanlar12 Oktyabr 2026314