M.Ə.Əfəndiyev adına Xətai Tibb Mərkəzində oftalmologiya xidmətlərinin keyfiyyətinin yüksəldilməsi və əhalinin ixtisaslaşmış tibbi yardıma əlçatanlığının artırılması məqsədilə yeni Göz xəstəlikləri və cərrahiyyə şöbəsi istifadəyə verilib. Müasir tibbi avadanlıqlarla təchiz olunan şöbəyə 16 illik peşəkar təcrübəyə malik oftalmoloq-cərrah Cahid Şahbazov rəhbərlik edəcək.
Azmedinfo.az xəbər verir ki, göz xəstəlikləri və cərrahiyyə mərkəzinin açılışında çıxış edən TƏBİB-in İcraçı direktor vəzifəsini müvəqqəti icra edən, İcraçı direktorun müavini Bahadur Rzayev Azərbaycan Respublikasının prezidenti, cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən islahatların dövlət tibb müəssisələrinin inkişafına, onların maddi-texniki bazasının gücləndirilməsinə və müasir tibbi texnologiyaların tətbiqinə geniş imkanlar yaratmasından bəhs edib:
“Dövlət tibb müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və peşəkar kadr potensialının artırılması və cəlb olunması bu siyasətin əsas istiqamətlərindəndir. Xətai Tibb Mərkəzində yeni şöbənin fəaliyyətə başlaması da vətəndaşların müasir və ixtisaslaşmış tibbi xidmətlərə əlçatanlığının artırılmasına, dövlət səhiyyə sisteminin imkanlarının genişləndirilməsinə mühüm töhfə verəcək”.
Cahid Şahbazov isə açılışda bildirib ki, yeni şöbənin yaradılmasında əsas məqsədlərdən biri müasir oftalmologiya xidmətlərini dövlət tibb müəssisəsində əlçatan etmək və mürəkkəb cərrahi müdaxilələrin həyata keçirilməsi üçün yeni imkanlar yaratmaqdır:
“İllər əvvəl dövlətimizin dəstəyi ilə xaricdə təhsil almış həkim kimi qazandığım təcrübəni öz dövlətimə və xalqıma xidmətə yönəltmək istəyirəm. Əsas məqsədlərimizdən biri dövlət və özəl tibb müəssisələri arasında formalaşmış stereotipləri aradan qaldırmaqdır. İstəyirik ki, pasiyentlər mürəkkəb oftalmoloji əməliyyatlar və müasir müalicə imkanları üçün yalnız özəl klinikalara üz tutmaq məcburiyyətində qalmasınlar”.
Qeyd edək ki, Cahid Şahbazov 1998–2004-cü illərdə Azərbaycan Tibb Universitetində ali tibb təhsili alıb, daha sonra Türkiyənin Ege Universitetində “Göz xəstəlikləri” ixtisası üzrə uzmanlıq təhsili keçib. O, Türkiyə Cümhuriyyəti Oftalmologiya Cəmiyyətinin fəxri üzvüdür. Peşəkar fəaliyyəti ərzində özəl və dövlət tibb müəssisələrində çalışıb.
Yeni açılan şöbədə tor qişa və ön seqment patologiyalarının müayinəsi üçün optik koherentsə tomoqrafiya; Pentacam vasitəsilə buynuz qişanın tomoqrafiyası və topoqrafiyası; pediatrik kontaktsız refraktometriyasının diaqnostikası, mürəkkəb katarakta əməliyyatları, afakiyanın skleral fiksasiyalı intraokulyar linzalarla korreksiyası, vitrektomiya və göz daxili drenaj implantasiyası əməliyyatları həyata keçiriləcək.
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261104
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261096
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261058
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 20261036
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 20261026
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 20261024
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 20261022
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 20261000
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026962
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026908
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026898
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026898
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026876
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026874
-
Uşaq makiyaj süngərini uddu, bağırsağının bir hissəsi çıxarıldıƏn çox oxunanlar31 Oktyabr 2026858
-
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdiƏn çox oxunanlar31 Oktyabr 2026850
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026806
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026752
-
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunubƏn çox oxunanlar01 Noyabr 2026732
-
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıbƏn çox oxunanlar01 Noyabr 2026724