31 oktyabr – 1 noyabr 2026-cı il tarixlərində Rumıniyanın paytaxtı Buxarest şəhərində Avropa Hemofiliya Konsorsiumunun (EHC – European Haemophilia Consortium) təşkilatçılığı ilə qanın laxtalanma pozuntularının müalicəsində yeni texnologiyalara həsr olunmuş beynəlxalq elmi konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, nüfuzlu elmi platformada Avropanın müxtəlif ölkələrindən aparıcı alimlər, hematoloqlar, tibb mütəxəssisləri, tədqiqatçılar və pasiyent təşkilatlarının nümayəndələri iştirak ediblər. Tədbirdə Azərbaycanı EHC-nin ölkəmizdən yeganə üzvü olan Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyası təmsil edib.
İki gün davam edən konfransın elmi proqramı irsi qanaxma pozuntularının diaqnostikası və müalicəsində əldə olunan son nailiyyətləri, innovativ texnologiyaları və gələcək inkişaf istiqamətlərini əhatə edib.
Konfrans çərçivəsində faktor və faktorəvəzedici terapiyalar, rebalanslaşdırıcı müalicə yanaşmaları, gen və hüceyrə terapiyaları, innovativ mimetik preparatlar, ilkin hemostaz və fon Villebrand xəstəliyinin müalicəsində tətbiq olunan yeni üsullar müzakirə olunub. Bununla yanaşı, EHC-nin Tibbi Məsləhət Qrupunun iştirakı ilə hematologiya və hemostaz sahəsində yaxın gələcəkdə gözlənilən elmi yeniliklərə həsr olunmuş panel müzakirələri keçirilib.
Müzakirələrdə qanaxma pozuntularının müalicəsində fərdiləşdirilmiş yanaşmaların, yeni nəsil preparatların və gen terapiyalarının yaratdığı imkanların əhəmiyyəti diqqət mərkəzində olub. Bu istiqamətdə elmi yeniliklərin klinik praktikaya tətbiqi, pasiyentlərin müalicə imkanlarının genişləndirilməsi və həyat keyfiyyətinin yaxşılaşdırılması əsas müzakirə mövzularından olub.
Hemofiliya və digər Hemostaz Pozuntuları Assosiasiyasının belə beynəlxalq elmi tədbirlərdə iştirakı Azərbaycanda qanaxma pozuntularının müalicəsi sahəsində qabaqcıl dünya təcrübəsinin öyrənilməsi, müasir müalicə yanaşmalarının tətbiqi və beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Bu cür platformalarda təmsilçilik həmçinin ölkəmizdə hemofiliya və digər hemostaz pozuntuları ilə yaşayan pasiyentlərin müasir tibbi yeniliklərdən faydalanması, onların müalicə və tibbi xidmət imkanlarının inkişaf etdirilməsi istiqamətində yeni perspektivlər yaradır.
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261104
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261096
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261058
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 20261036
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 20261026
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 20261024
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 20261022
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 20261000
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026962
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026908
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026898
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026898
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026876
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026874
-
Uşaq makiyaj süngərini uddu, bağırsağının bir hissəsi çıxarıldıƏn çox oxunanlar31 Oktyabr 2026858
-
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdiƏn çox oxunanlar31 Oktyabr 2026850
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026806
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026752
-
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunubƏn çox oxunanlar01 Noyabr 2026732
-
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıbƏn çox oxunanlar01 Noyabr 2026724