İlk ürək transplantasiyasının birinci ildönümünə həsr olunan “Ürək transplantasiyası həftəsi” çərçivəsində “TRANSPLANT 360° – Diaqnostikadan transplantasiyaya” mövzusunda elmi-praktik konfrans keçirilib.
Azmedinfo.az xəbər verir ki, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov tədbirin açılışında bildirib ki, dövlət başçısı İlham Əliyevin səhiyyə sisteminin inkişafına göstərdiyi diqqət orqan donorluğu və transplantasiya sahəsinin tərəqqisi üçün mühüm zəmin yaradıb. Akademik Koordinasiya Mərkəzinin ürək transplantasiyasının təşkili və həyata keçirilməsindəki rolunu yüksək qiymətləndirib. Səhiyyə nazirinin müavini Nadir Zeynalov isə son illərdə bu sahədə normativ-hüquqi bazanın formalaşdırıldığını və sistemli tədbirlərin görüldüyünü diqqətə çatdırıb.
Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzinin İdarə Heyətinin sədri Yeganə Abbasova çıxışında vurğulayıb ki, Azərbaycanda dörd ürək transplantasiyasının həyata keçirilməsi uzunmüddətli fəaliyyətin nəticəsidir. Bu sahədə ilk mühüm addım Ümummilli Lider Heydər Əliyevin 1999-cu ildə imzaladığı “İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında” qanunla atılıb. Daha sonra 2018-ci ildə ölüm anının təyini meyarları təsdiqlənib, 2020-ci ildə Prezident İlham Əliyev yeni qanunu imzalayıb və 2022-ci ildə Koordinasiya Mərkəzi təsis edilib.
Aparılan maarifləndirmə işləri sayəsində 2025-ci ildə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə meyit donordan transplantasiya icra olunub. Hazırda meyit donorlardan əldə edilən orqanlarla 85 transplantasiya əməliyyatı reallaşdırılıb. Mərkəzin əsas gələcək hədəfləri sırasında rəqəmsal sümük iliyi donorları reyestrinin tam formalaşdırılması və Azərbaycanın bu sahədə regional mərkəzə çevrilməsi yer alır.
Azərbaycan Ürək və Damar Cərrahiyyəsi Cəmiyyətinin fəxri sədri, professor Kamran Musayev bir il ərzində dörd xəstəyə ürək transplantasiyasının icra edilməsini böyük uğur kimi dəyərləndirib. Tədbirdə Mərkəzin rəsmiləri və mütəxəssisləri Vahid İnformasiya Sistemi (VİS), donorluq qaydaları və Eurotransplant modeli üzrə məruzələrlə çıxış ediblər.
Konfrans panel müzakirələrlə işini davam etdirib. “Ürək transplantasiyası həftəsi” çərçivəsində tədbirlər noyabrın 6-dək sürəcək.
-
Yapon alimləri yeni dişlərin çıxmasını stimullaşdıran dərman hazırlayırlarƏn çox oxunanlar25 Oktyabr 20261104
-
Azərbaycanda mövsümi qripə qarşı vaksinasiyada Niderland istehsalı olan preparat tətbiq edilirƏn çox oxunanlar26 Oktyabr 20261096
-
Alim beynəlxalq konqresdə süni intellektin etik sərhədləri, uşaq hüquqları və klinik qərarların qəbuluna dair elmi yanaşmaları təqdim edibƏn çox oxunanlar27 Oktyabr 20261058
-
Mədə xərçəngi ilə mübarizə - Maarifləndirmə aksiyası davam edirƏn çox oxunanlar28 Oktyabr 20261036
-
Azərbaycanda xərçəngin bu növü ölüm hallarına görə ikinci yerdədir - Üç günlük aksiya başa çatdıƏn çox oxunanlar29 Oktyabr 20261026
-
Tələbələrə reproduktiv sağlamlığın qorunması və ailə planlaşdırılması mövzusunda geniş məlumat verilibƏn çox oxunanlar28 Oktyabr 20261024
-
Yeniyetmənin mədə-bağırsağından saç kütləsi çıxarıldıƏn çox oxunanlar28 Oktyabr 20261022
-
Yəməndə döyüşlər və resurs çatışmazlığı səhiyyə sistemini çətin vəziyyətə salıbƏn çox oxunanlar26 Oktyabr 20261000
-
Mədə xərçənginin erkən diaqnostikasının əhəmiyyətinə diqqət çəkildi - Maarifləndirmə aksiyasıƏn çox oxunanlar27 Oktyabr 2026962
-
Kontekstdən qoparılan ayələrin siyasi sipərə çevrilməsi və ilahi hidayətin imperiya siyasətinə qurban edilməsiƏn çox oxunanlar27 Oktyabr 2026908
-
Kardiologiya İnstitutunda yeni rezidentlər təqdim olunub, elmi-praktik təqdimat keçirilibƏn çox oxunanlar28 Oktyabr 2026898
-
29 oktyabr – Ümumdünya insultla mübarizə günüƏn çox oxunanlar29 Oktyabr 2026898
-
İngiltərədə həkimlər tətilə hazırlaşırlarƏn çox oxunanlar27 Oktyabr 2026876
-
Şiə təriqət deyilƏn çox oxunanlar28 Oktyabr 2026874
-
Uşaq makiyaj süngərini uddu, bağırsağının bir hissəsi çıxarıldıƏn çox oxunanlar31 Oktyabr 2026858
-
Sığorta qarşılayır deyə hər müayinəni etdirmək vacibdirmi? - Professor müraciət etdiƏn çox oxunanlar31 Oktyabr 2026850
-
Diabetin idarə olunmasında texnologiyanın rolu artırƏn çox oxunanlar30 Oktyabr 2026806
-
Mirzə Ələkbər Sabirin "Fəxriyyə"si: bir xalqin özünə tutduğu güzgüƏn çox oxunanlar31 Oktyabr 2026752
-
Xroniki qəbizlikdən əziyyət çəkən 10 yaşlı uşağa mürəkkəb cərrahi əməliyyat icra olunubƏn çox oxunanlar01 Noyabr 2026732
-
Bu ilin yanvar-sentyabr aylarında narkomaniya ilə bağlı 6247 cinayət faktı aşkarlanıbƏn çox oxunanlar01 Noyabr 2026724