Koksartroz — bud-çanaq oynağının zədələnməsi. Bud-çanaq oynağı bədən yükünü daşıdığı üçün aşınmağa və sıradan çıxmağa ən sıx məruz qalan oynaqlardandır. Bu xəstəlik tibb dilində koksartroz, el arasında duzlaşma olaraq bilinir. Bütün oynaqlar kimi bud-çanaq oynağının da həm oynaq başı, həm oynaq yuvası qığırdaqla örtülür. Qığırdaq səthi hamardır və iki sümüyün bir-biri üzərində ağrısız və minimal sürtünmə ilə sürüşməsini təmin edir. Bu oynaq qığırdağının pozulması və aşınmasına duzlaşma vəya koksartroz deyilir.
Əslində el arasında deyilən duzlaşma ilə heç bi əlaqəsi yoxdur. Xəstələrdə ilk şikayətlər səhər yerindən qalxarkən qasıqda və budun ön-iç tərəfinə yayılan ağrı və narahatçılıq hissinin olmasıdır. Ağrı hərəkət edərkən artır, istirahətlə azalır. Bu şikayətlər digər bud-çanaq oynağı xəstəliklərində də rast gəlinir. Müalicə edilməyən koksartrozlar illər sonra getdikcə ağırlaşır və xəstənin yeriməsini çətinləşdirir. Ağır hallarda oynaq ətrafında yeni sümük çıxıntılar(osteofitlər) yaranır. Bu dövrdə qığırdaq tamamilə aşınmışdır, sümük sümüyə sürtməyə başlamışdır. Bir müddət sonra oynaq hərəkəti tamamilə məhdudlaşa bilər. Bundan sonra əzələlərdə zəiflik və çatışmazlıq yaranır. Bu xəstəlik birincili və ikincili ola bilər.
-Birincili koksartrozda duzlaşmaya səbəb olan müəyyən xəstəlik yoxdur. Birincili koksartrozun səbəbləri arasında genetik meyillilik, çəkinin artıq olması, ağır fiziki iş(mikrotravmalar) və s. görülür.
– İkincili koksartrozlar müəyyən xəstəliklər zəminində yaranmış olur. İkincili koksartrozların səbəbi olaraq bud-çanaq oynağı displaziyaları, bud-çanaq oynağında keçirilmiş sınıqlar, revmatizmal xəstəliklər(RA, YRA, Bexterev xəstəliyi vəs.), bud sümüyü başı avaskulyar nekrozu, oynaq nahiyəsinin keçirilmiş infeksiyaları göstərilə bilər. Diaqnoz fiziki müayinə və çəkilən rentgenlə qoyulur. Müalicə Xəstəliyin ağırlıq dərəcəsinə görə həkimi sizə uyğun müalicə məsləhət görəcəkdir. Müalicə konservativ və cərrahi olaraq ikiyə bölünür. Konservativ müalicədən daha çox xəstəliyin erkən dövrlərində olanlar fayda görür. Xəstəlikdə radikal cərrahiyyə total bud-çanaq oynağı endoprotezləşdirməsi əməliyyatıdır.
Pasient Lətifə Heybətova bud-çanaq oynaq ağrısından və hərəkət məhdudluğu şikayəti ilə müraciət etmişdir. Dioqnoz koksatroz təyin edildi. Bud – çanaq oynaq daxili blokadası və PRP ( Patelet Rich Plasma ) inyeksiyası icra olundu.
Dr. Xəyal VƏLİYEV
Nevroloq, alqoloq

-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654