Səhiyyə Nazirliyinin Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşovanın bildirir ki, müasir kardiologiyada əsas istiqamətlərdən biri ürək-damar xəstəliklərini yalnız yarandıqdan sonra müalicə etmək deyil, riski daha erkən mərhələdə müəyyənləşdirərək vaxtında müdaxilə etməkdir.
Azmedinfo.az xəbər verir ki, professorun sözlərinə görə, bu baxımdan süni intellekt və müasir görüntüləmə texnologiyaları kardiologiyanın imkanlarını əhəmiyyətli dərəcədə genişləndirir. Qeyd edir ki, bu gün artıq infarktın özünü əvvəlcədən görməkdən deyil, infarkta aparan təhlükəni müəyyən etməkdən danışmaq mümkündür. Ürəyin KT müayinəsi və süni intellekt vasitəsilə damarların daxilində və ətrafında olan riskli dəyişikliklər müəyyən edilə, gələcəkdə infarkt ehtimalı daha yüksək olan insanlar aşkar edilə bilər. Bu isə xəstəlik baş verməmişdən əvvəl müdaxilə imkanları yaradır.
Alim vurğulayıb ki, ürək-damar xəstəlikləri uzun müddət heç bir aşkar əlamət vermədən inkişaf edə bilər və hətta gənc yaşlarda damarlarda gizli ateroskleroz müşahidə oluna bilər. Buna görə insanın özünü sağlam hiss etməsi risklərin olmadığı anlamına gəlmir. Təzyiqin, xolesterinin, qan şəkərinin və digər risk faktorlarının vaxtında qiymətləndirilməsi mühüm əhəmiyyət daşıyır.
Gülnaz Dadaşovanın sözlərinə görə, yeni başlayan nəfəs darlığı, sinədə ağırlıq, tez yorulma və təkrarlanan ürəkdöyünmə kimi əlamətlər də diqqətdən kənarda qalmamalıdır. Bəzən stress və ya yorğunluqla əlaqələndirilən bu şikayətlər ürək-damar sistemi ilə bağlı problemin göstəricisi ola bilər.
Professor süni intellektin kardiologiyada rolunun artacağını, lakin bu texnologiyanın həkimi tam əvəz etməyəcəyini də qeyd edib. Onun fikrincə, süni intellekt həkimin gözündən qaça biləcək çox erkən və incə dəyişiklikləri analiz edərək riskləri daha əvvəl göstərə bilər. Lakin ən doğru qərar süni intellektin imkanları ilə həkimin klinik təcrübəsinin birləşməsi əsasında qəbul olunur.
Ekspert müasir kardiologiyanın əsas məqsədinin xəstəliyi yalnız müalicə etmək deyil, insanın ümumi sağlamlığını qorumaq və bərpa etmək olduğunu bildirib. Bu yanaşma çərçivəsində ürək çatışmazlığı, kardioreabilitasiya, ürək-damar və böyrək xəstəliklərinin birgə idarə olunması, fərdi risk qiymətləndirilməsi və erkən diaqnostika xüsusi əhəmiyyət daşıyır.
Professorun sözlərinə görə, bu yeniliklərin Azərbaycanda tətbiqi artıq real imkan kimi qiymətləndirilə bilər. Süni intellektin EKQ və görüntüləmədə istifadəsi, ürək xəstələrində böyrək funksiyasının daha erkən qiymətləndirilməsi, müalicənin fərdiləşdirilməsi və kardioreabilitasiyanın gücləndirilməsi bu istiqamətlər sırasında yer alır.
Gülnaz Dadaşova hesab edir ki, müasir kardiologiyanın əsas mesajı xəstəliyi baş verdikdən sonra qarşılamaq deyil, onun risklərini daha erkən müəyyən etməkdir. Bu baxımdan profilaktikanın və erkən diaqnostikanın sistemli şəkildə gücləndirilməsi həm xəstələrin həyat keyfiyyətinin yaxşılaşdırılması, həm də ağır ürək-damar hadisələrinin qarşısının alınması baxımından mühüm əhəmiyyət daşıyır.
-
İkili orqan transplantasiyası: Müasir tibbin mürəkkəb xilasetmə missiyasıƏn çox oxunanlar10 Sentyabr 2026310
-
Varlığa dörd fərqli baxışƏn çox oxunanlar12 Sentyabr 2026236
-
İnfarkt baş verməmiş risk görünür - Professor müasir kardiologiyanın imkanlarından bəhs etdiƏn çox oxunanlar10 Sentyabr 2026210
-
Hemofiliya xəstəliyinin müalicəsində tibb bacılarının rolu artırılır - Regionlarda elmi-praktik seminarlarƏn çox oxunanlar13 Sentyabr 2026210
-
Azərbaycanda kök hüceyrə transplantasiyası sahəsində yeniliklər və dövlət dəstəyiƏn çox oxunanlar18 Sentyabr 2026204
-
Gözlər qaranlıqdan işığa niyə dərhal uyğunlaşmır?Ən çox oxunanlar13 Sentyabr 2026204
-
Bakıda ana və uşaq sağlamlığına həsr olunmuş beynəlxalq elmi konfrans keçiriləcəkƏn çox oxunanlar11 Sentyabr 2026200
-
İqlim böhranı səhiyyə böhranına çevrilir Azərbaycan sağlamlıq risklərinə qarşı tədbirlər görürƏn çox oxunanlar10 Sentyabr 2026198
-
SABİQUN KİMLƏRDİR?Ən çox oxunanlar10 Sentyabr 2026196
-
Ekspert: İİV illərlə simptomsuz keçə bildiyi üçün vaxtında müayinə və müalicəyə sadiqlik həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar12 Sentyabr 2026188
-
Boğaz və qulaq ağrısı zamanı hansı hallarda həkimə müraciət edilməlidir?Ən çox oxunanlar14 Sentyabr 2026188
-
MƏZHƏB DİN DEYİLƏn çox oxunanlar14 Sentyabr 2026178
-
Başgicəllənməsinin gizli səbəbi - Qulaq kristallarının qaçması nədir?Ən çox oxunanlar14 Sentyabr 2026176
-
NUH TUFANI — TÖVRAT VƏ QURAN İŞIĞINDA ŞƏRHƏn çox oxunanlar17 Sentyabr 2026174
-
Səhiyyə naziri UNOPS-un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşübƏn çox oxunanlar11 Sentyabr 2026170
-
Şəhər yaşıllıqları niyə səhiyyə infrastrukturunun bir hissəsinə çevrilməlidir?Ən çox oxunanlar11 Sentyabr 2026170
-
Əməvi ideologiyasının Hz. Əli haqqında yaratdığı iftiralarƏn çox oxunanlar15 Sentyabr 2026170
-
MÜAVİYƏ — QURANA ZİDD SİSTEMİN BANİSİƏn çox oxunanlar13 Sentyabr 2026166
-
QURANDA İSLAMI KÖKÜNDƏN DƏYİŞƏN SƏHV YOZUMLARƏn çox oxunanlar16 Sentyabr 2026166
-
12 sentyabr – Ümumdünya İlk Tibbi Yardım GünüdürƏn çox oxunanlar12 Sentyabr 2026164