Parkinson xəstəliyi geniş miqyasda yayılmış mərkəzi sinir sisteminin ağır, xroniki, mütərəqqi neyrodegenerativ xəstəliyi, qlobal ictimai sağlamlıq problemi kimi izah olunur. Statistik rəqəmlər göstərir ki, bu gün bütün dünyada təqribən beş milyon insan bu xəstəlikdən əziyyət çəkir. Mütəxəssislərin qənaətincə, Parkinson xəstəliyinin erkən mərhələdə aşkarlanması mühüm əhəmiyyət kəsb edir.
Azmedinfo.az akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin şöbə müdiri, Azərbaycan Cərrahiyyə, Qastroenterologiya və Onkologiya Cəmiyyətinin katibi Günel Məmmədovanın Parkinson xəstəliyinin ağıllı və yaşıl səhiyyə konsepsiyasına əsaslanan innovativ müayinə üsullarından bəhs edən məqaləsini təqdim edir.
Parkinson xəstəliyi 1817-ci ildə ingilis alimi Ceyms Parkinsonun şərəfinə bu adı qazanıb. O, İnsan beynində əsas neyron funksiyasının pisləşməsi nəticəsində yaranır və hərəkət pozğunluqlarının ən çox yayılmış növlərindən biridir. Onun əlamətləri zamanla ortaya çıxan titrəmə, əhval dəyişikliyi, tənəffüs çətinliyi, davranış pozğunluqları və depressiya şəklində təzahür edir.
Parkinson xəstəliyini aşkar etmək üçün sadə, lakin faydalı və qeyri-invaziv üsul səs pozuntularını yoxlamaqdır, çünki Parkinson xəstəliyi olan xəstələrin demək olar ki, 90%-i səs telinin disfunksiyası və ya pozğunluğundan əziyyət çəkir.
Bu gün alimlər Parkinson xəstəliyinin gedişatını izləmək üçün süni intellektdən istifadə etməkdə əhəmiyyətli irəliləyiş əldə ediblər ki, bu da daha dəqiq diaqnoz və xüsusi müalicəyə imkan yaradır. Süni intellektlə işləyən sistemlər indi smartfon və planşetlərdə çəkilmiş video görüntüləri təhlil edərək bu nevroloji xəstəliyin hərəkət əlamətlərini kəmiyyətcə qiymətləndirə, xəstəliyin izlənilməsi və müalicəsində mühüm nəticələr əldə edə bilər.
Ağıllı şəhərlərin Parkinson xəstəliyi ilə mübarizəsi
Ümumiyyətlə, ağıllı şəhər davamlı iqtisadi artımı, yüksək həyat keyfiyyətini stimullaşdıran sensorlar, elektronika və şəbəkələrin inkişaf etmiş infrastrukturuna malik təhlükəsiz, yaşıl və səmərəli şəhər mərkəzidir.
Bu gün ağıllı şəhərlərin infrastrukturunu ağıllı və rəqəmsal tibb xidmətlərinin göstərildiyi yaşıl xəstəxanalardan olmadan təsəvvür etmək mümkün deyil. Dünyanın müxtəlif elmi mərkəzlərindən olan alim və mütəxəssislər IV Sənaye inqilabının, rəqəmsal texnologiyaların nailiyyətlərindən Altsheymer, Parkinson kimi xəstəliklərin müayinə və müalicəsində geniş tətbiq etməyə səy göstərirlər.
Beləliklə, ağıllı şəhərin səhiyyə sistemi özündə sensorlarla təchiz olunmuş ağıllı ev, smart şəhər, bulud texnologiyası, həkim və pasiyentləri birləşdirir.
Əşyaların İnternetindən istifadə milyonlarla xəstənin məlumatlarını saxlamağa, real vaxt rejimində təhlil və diaqnostika aparmağa kömək edir. Bu nöqteyi-nəzərdən, alimlər Parkinson xəstəliyi olan pasiyentlərin müayinəsi üçün Əşyaların İnternetinə əsaslanan ağıllı optimallaşdırma modelini təklif edirlər.
San-Fransisko Kaliforniya Universitetində və Florida Universitetində hazırlanmış yeni sistemlər xəstənin hərəkətlərini təhlil etmək üçün maşın öyrənməsindən istifadə edərək, Parkinson xəstəliyinin simptomlarını daha dəqiq ölçməyə imkan verir. Bu sistemlər təkcə kəmiyyət qiymətləndirməsinə imkan vermir, həm də standart klinik müayinələr zamanı diqqətdən kənarda qala biləcək motor funksiyasında incə dəyişiklikləri aşkarlayır.
Parkinson xəstəliyinin ənənəvi üsullarla diaqnostikası klinik müayinələr zamanı nevroloqların subyektiv qiymətləndirmələrinə əsaslanır. Xəstələr barmaqları vurma və ya yerimə kimi bir sıra standart hərəkətləri yerinə yetirirlər, həkimlər isə vizual qiymətləndirmə əsasında onları qiymətləndirirlər. Lakin bu müayinə metodları müəyyən məhdudiyyətlərlə üzləşirlər. Belə ki, bu xəstəliyin simptomları çox zaman gözlə görülə bilməyəcək qədər zəif ola bilər.
Bu nöqteyi-nəzərdən, süni intellektə əsaslanan video-monitor əl hərəkətlərinin və ya yerimənin sürəti və dəqiqliyi kimi əsas hərəkət xüsusiyyətlərini müəyyən etmək üçün xəstənin video qeydlərini təhlil edir. Bu məlumatlar əsasında sistem xəstəliyin şiddətini əks etdirən balları müəyyənləşdirir. Bu məlumatlar nəinki həkimlərə müalicəni tənzimləməyə kömək edir, eyni zamanda əvvəllər mümkünsüz olan imkanları yaradır – yəni, klinik şəraitdən kənar xəstələrin davamlı monitorinqini təmin edir.
Aparılan sınaq müşahidələri onu deməyə əsas verir ki, adıçəkilən süni intellekt əsaslı qabaqcıl video-müşahidə sistemi qısa zaman kəsiyində Parkinson xəstəliyinin daha dəqiq və daha sürətli aşkarlanmasını təmin edir. O, simptomlar həkimlər tərəfindən nəzərə çarpana qədər xəstəliyin gedişatını göstərən hərəkət dəyişikliklərini aşkar edə bilir.
Mütəxəssislərin rəyinə görə, bu sistemlər əsasən Parkinson xəstəliyi üçün hazırlanmış olsa da, onların tətbiqi digər nevroloji pozğunluqlara da şamil edilə bilər. Məsələn, oxşar süni intellekt sistemləri insult, dağınıq skleroz və ya travmatik beyin zədəsi nəticəsində yaranan hərəkət pozğunluqlarını izləmək üçün istifadə edilə bilər. Bu, simptomların klinik praktikada əvvəllər ağlasığmaz olan üsullarla ölçülməsinə imkan verəcək, habelə geniş spektrli nevroloji vəziyyətləri izləmək və müalicə etmək üçün həkimlərə mühüm innovativ dəstək rolunda çıxış edəcək.
Parkinson xəstəliyinin erkən aşkarlanmasında qabaqcıl texnologiyaların rolu
Video analizindəki irəliləyişlər sayəsində tədqiqatçılar Parkinson xəstəliyinin ilk əlamətləri görünməzdən illər əvvəl inkişafını proqnozlaşdıra bilən süni intellekt sistemləri də inkişaf etdiriblər. Qabaqcıl biomarkerlərdən istifadə edərək, bu sistemlər xəstəliyin inkişaf riski yüksək olanları müəyyənləşdirmək məqsədilə xəstələrin qan nümunələrini təhlil edir. Hələ tədqiqat mərhələsində olan texnologiya Parkinson xəstəliyinin diaqnoz və müalicə üsulunu dəyişdirə bilər, erkən müdaxiləyə və bəlkə də qarşısının alınmasına imkan verir.
Parkinson xəstəliyini izləmək və müalicə etmək üçün süni intellekt sistemlərinin inkişafı yalnız başlanğıcdır. Şübhəsiz, texnologiya inkişaf etdikcə, bu vasitələrin tibbi praktikada getdikcə daha çox istifadə ediləcək. Fərdiləşdirilmiş tibbdən xəstəliklərin erkən aşkarlanmasına qədər – süni intellekt həkimlərin diaqnoz və müalicə üsulunu tamamilə dəyişdirmək potensialına malikdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654