Ötən gün Bakıda uşaqlarda artmaqda olan neyroinkişaf pozuntularına həsr olunmuş geniş miqyaslı elmi-praktik konfrans keçirilib. “Neyroinkişaf pozuntularında reabilitasiya” mövzusunu əhatə edən tədbir, sağlamlıq və təhsil sahəsində multidissiplinar əməkdaşlığın gücləndirilməsinə mühüm töhfə verib.
Azmedinfo.az xəbər verir ki, konfrans Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və TƏBİB-in dəstəyi, ADLER Psixologiya Mərkəzi və Azərbaycan Pediatrlar Assosiasiyasının təşəbbüsü, LasoMedGroup-un təşkilati dəstəyi ilə baş tutub. Nüfuzlu tədbir neyroinkişaf pozuntularının erkən diaqnostikası, effektiv müalicəsi və reabilitasiyası istiqamətində müasir yanaşmaların paylaşılması və elmi-tibbi biliklərin mübadiləsi üçün platforma rolunu oynayıb.
Konfransda respublikanın şəhər və regionlarından 120-dən çox pediatr, uşaq nevroloqu, psixiatr, psixoloq, psixopedaqoq, loqoped, endokrinoloq və digər ixtisas sahələrindən olan mütəxəssislər iştirak ediblər.
Tədbirin əsas məruzəçilərindən biri Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə neyroinkişaf pozuntularına kompleks və koordinasiyalı yanaşmanın tətbiqinə dair təqdimatla çıxış edib. O, neyroinkişaf pozuntuları olan uşaqlarla bağlı tibbi, sosial və bioetik çağırışlara dair geniş təqdimatda müasir tibbi yanaşmalarla yanaşı, ailə və cəmiyyət dəstəyinin əhəmiyyətini xüsusi vurğulayıb.
Alim bildirib ki, neyroinkişaf pozuntuları müxtəlif inkişaf sahələrində, o cümlədən motor bacarıqları, sosial münasibətlər, dil və idrak funksiyalarında gerilik və ya disfunksiya ilə xarakterizə olunan heterojen vəziyyətlər qrupudur. Buraya autizm spektri pozuntuları (ASD), diqqət çatışmazlığı hiperaktivlik sindromu (DÇHS), zehni geriliklər, Daun sindromu və digər nevroloji-intelektual pozuntular daxildir.
Həkim, bu gün problemin qlobal miqyasda artmaqda olduğunu vurğulayıb: “UNICEF-in məlumatına əsasən, hazırda dünyada 0-17 yaşlı uşaqlar arasında orta və ağır əlilliyin yayılma faizi 10,1%-ə çatır, bu isə 236 milyon uşaq deməkdir. Təkcə ABŞ-da CDC məlumatına görə, sinir-inkişaf pozuntuları ilə diaqnoz qoyulan uşaqların nisbəti 2019-cu ildə 7,4%-dən 2021-ci ildə 8,56%-ə qədər artıb.”
Pediatr çıxışında neyroinkişaf pozuntularının yaranmasına təsir edən əsas amilləri sadalayıb: “Genetik və epigenetik faktorlar, ətraf mühitin təsiri, o cümlədən toksinlər, ağır metallar, hamiləlik və doğuş zamanı baş verən ağırlaşmalar, ana və perinatal sağlamlıq göstəriciləri və sosial, psixososial determinantlar (ailə mühiti, erkən stress, sosial rifah) kimi kompleks səbəbləri nəzərə almadan təkcə simptomatik yanaşma ilə nəticə əldə etmək mümkün deyil”.
Ekspert xüsusilə vurğulayıb ki, bu kateqoriyaya daxil olan uşaqlara farmakoloji müdaxilələr, xüsusilə antidepressantlar və neyroleptiklər, yalnız kompleks diaqnostika və konsilium qərarı əsasında tətbiq olunmalıdır. Onun sözlərinə görə: “Uşaqlara bu tip preparatların təyini öncəsi bir qrup mütəxəssis tərəfindən multidissiplinar kompleks müayinə aparılmalı, fərqli ixtisas sahiblərinin rəyindən sonra diaqnoz və bərpa planı müəyyənləşdirilməlidir. Yalnız belə halda yanlış diaqnoz və yersiz dərman istifadəsinin qarşısı alınar.”
Təranə Tağı-zadə uşaqların təkcə tibbi müalicə deyil, həm də sosial, psixoloji və pedaqoji baxımdan dəstək almasının vacibliyini vurğulayıb: “Uşaqların sağlam həmyaşıdları ilə birgə təhsil almaları və sosiallaşmaları vacibdir. Lakin bu zaman inklüziv təhsil proqramları ilə yanaşı, tibbi müşahidə və fərdi bərpa planlarının olması da şərtdir. Həm reabilitasiya prosesində metodistlərin, reabilitoloqların və pedaqoqların birgə rolu vacibdir. Yaxşı olardı ki, onların iştirakı ilə məktəbəqədər və məktəb təhsil proqramlarına uyğun metodik tövsiyələr daxil edilsin”.
Məruzəçi təqdimatda valideynlərin rolunu xüsusi vurğulayıb. Ağır neyroinkişaf pozuntusu olan uşaqlara qulluq edən valideynlərin psixoloji dəstəyə, maarifləndirici təlimlərə və mütəxəssis yönləndirilməsinə ehtiyacı olduğunu qeyd edib: “Belə hallarda ailə ilə işləyən psixoloq və psixoterapevtlərin fəaliyyəti, habelə hər bir ailə üzvünün bu uşaqlarla necə davranmalı olduğunu bilməsi vacibdir.”
Bundan əlavə, bioetika məsələlərinə toxunan ekspert vurğulayıb ki, xəstə ilə münasibət tibbi sənətin ayrılmaz hissəsidir: “Dəstək, diqqət, hörmət və empatiya – bunlar plasebo effekti olmadan belə müsbət nəticələrə nail olmaq üçün əsas vasitələrdir. Həkimin etibarlı münasibət qurmaq bacarığı, onun əsas müalicə resurslarındandır.”
Sonda Təranə Tağı-zadə qeyd edib ki, Azərbaycan Pediatrlar Assosiasiyası tərəfindən bioetika mövzusunda nəşr edilən kitablar və dərs vəsaitləri, bu vəsaitlərin respublikanın tibb təhsili verən ali məktəblərində tədrisi, eləcə də bölgələrdə həkim və mütəxəssislər üçün təşkil edilən təlimlər sistemli və məqsədyönlü fəaliyyətin tərkib hissəsidir. Bu təşəbbüslər təkcə bilik və təcrübə mübadiləsi üçün mühit yaratmaqla kifayətlənmir, eyni zamanda səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, uşaq sağlamlığının daha effektiv qorunması və bioetik dəyərlərin praktikaya inteqrasiyası baxımından da real imkanlar formalaşdırır.
Konfransda iştirak edən müxtəlif regionlardan bir qrup həkim elmi müzakirələrdə aktiv iştirakı, peşəkar yanaşmaları və bu sahəyə verdikləri töhfələrə görə sertifikat və plaketlərlə təltif olunublar.
Tədbirdə Azərbaycan Pediatrlar Assosiasiyası, ATU, eləcə də digər təşkilatlardan tanınmış ekspertlər, tibb üzrə fəlsəfə doktorları, dosentlər – Fəxriyyə Məmmədova, Ülviyyə Hacıyeva, Lalə Hidayətova və Səbinə Cəfərova neyroinkişaf pozuntularının reabilitasiyası sahəsində elmi əsaslı yanaşmaları və klinik təcrübələrindən çıxış edərək multidissiplinar əməkdaşlığın əhəmiyyətini əhatə edən müzakirələrdə fəal iştirak ediblər.
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026284
-
Şimali Kiprdə üç günlük matəm elan edilibƏn çox oxunanlar31 Avqust 2026224
-
Yeganə Abbasova: Əsas məqsədimiz hər bir uşağın vaxtında transplantasiya yardımı almasıdırƏn çox oxunanlar29 Avqust 2026220
-
Almaniyada fəaliyyət göstərən azərbaycanlı cərrah Bakıda pasiyent qəbulu keçirəcəkƏn çox oxunanlar31 Avqust 2026176
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026174
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026170
-
“Zikr etmək” adı ilə insanlar mövhumata sürüklənirƏn çox oxunanlar30 Avqust 2026168
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026168
-
Ürək əməliyyatında kəsiksiz üsul - Xəstəxanada növbəti TAVİ proseduru icra olunduƏn çox oxunanlar30 Avqust 2026166
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026166
-
Xolesterin səviyyəsinə nəzarət ürək-damar sağlamlığının qorunmasında həlledicidirƏn çox oxunanlar31 Avqust 2026166
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026154
-
Əhalinin radiasiya təhlükəsizliyinin təmin edilməsi məqsədilə monitorinq aparılıbƏn çox oxunanlar29 Avqust 2026152
-
Tibbi məqalələrin 90 faizində süni intellekt izi aşkarlanıb - Yeni araşdırmaƏn çox oxunanlar29 Avqust 2026152
-
Adi metformin ilə uzadılmış təsirli (XR) metforminin fərqi nədir?Ən çox oxunanlar30 Avqust 2026152
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026148
-
Professor Gülnaz Dadaşova Münhendə "ESC Congress 2026"da iştirak edirƏn çox oxunanlar30 Avqust 2026148
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026144
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026142
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026140