İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 2025-ci ilin yanvar-iyun ayları ərzində icbari tibbi sığorta çərçivəsində TƏBİB-in tabeliyindəki tibb müəssisələrində vətəndaşlara göstərilən tibbi xidmətlərlə bağlı statistik göstəriciləri təqdim edir.
Azmedinfo.az-a verilən məlumata görə, cari ilin 6 ayı ərzində icbari tibbi sığorta çərçivəsində 3.6 milyondan çox şəxs tibb müəssisələrinə 12.3 milyon dəfə müraciət edib. Bu o deməkdir ki, ölkə əhalisinin 38%-i icbari tibbi sığortadan yararlanıb. Göstərilən xidmət sayı isə 44.2 milyon olub. Tibbi xidmətlərin 87 %-i ambulator, 13 %-i stasionar şəraitdə göstərilib.
Ən çox xidmət göstərmiş tibb müəssisələrinin ilk beşliyini təqdim edirik: Sumqayıt Tibb Mərkəzi, Gəncə Şəhər Birləşmiş Xəstəxanası, Abşeron Rayon Mərkəzi Xəstəxanası, Sabunçu Tibb Mərkəzi və Respublika Klinik Xəstəxanası.
Ən çox müraciət edilən xəstəliklər sırasında ilk yerdə ümumi tibbi müayinə, endokrin, tənəffüs, qan dövranı və sidik-cinsiyyət sisteminin xəstəlikləri gəlir.
Bu ilin 6 ayı ərzində TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində ümumilikdə 18 milyon 523 mindən çox laborator tibbi xidmət göstərilib. Laborator tibbi xidmətlərin 85%-ni ambulator, 15%-ni isə stasionar tibbi xidmətlər təşkil edib. Ən çox müraciət edilən laborator analizlərə qanın ümumi analizi, sidik analizi, qanda qlükozanın miqdarının müəyyən edilməsi, kreatinin testi, eləcə də protrombin zamanı (PT) kimi müayinələr daxildir.
Müqaviləli tibb müəssisələrində göstərilən tibbi xidmətlər:
TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində göstərilməsi mümkün olmayan xidmətləri vətəndaşların əldə etməsi üçün onlara İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müqaviləli tibb müəssisələrinə (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələri) göndəriş verilir. Cari ilin ilk yarımilliyində vətəndaşlara 154 987 göndəriş verilib. Bu ilin yanvar-aprel ayları ərzində göndəriş alan vətəndaşlar müqaviləli tibb müəssisələrində icbari tibbi sığorta ilə 64 983 əməliyyat və prosedurdan yararlanıb.
Bu xidmətlərdən 1192-i uşaqlara, 63 791-i isə böyüklərə göstərilib.
Sözügedən əməliyyat və prosedurlardan:
- 29 001-ni invaziv radiologiya;
- 18 289-nu oftalmoloji;
- 7 675-ni ürək-damar cərrahiyyəsi üzrə xidmətlər təşkil edib.
Məlumat üçün bildirək ki, cari ilin 6 ayı ərzində Xidmətlər Zərfi çərçivəsində 80 orqan transplantasiyası əməliyyatı icra olunub. Bunlardan 56 %-ni böyrək, 38 %-ni qaraciyər, 6 %-ni isə sümük iliyi transplantasiyası əhatə edir.
-
Ailəvi transplantasiya və kollektiv məsuliyyətƏn çox oxunanlar18 May 2026372
-
Talassemiya ilə mübarizədə müasir metodlar və uğurlu transplantasiyalar icra olunurƏn çox oxunanlar13 May 2026330
-
Azərbaycanda Radioterapiya və Nüvə Təbabəti Onkoloji Mərkəzi qurulurƏn çox oxunanlar18 May 2026282
-
Ginekoloq-cərrah əkiz hamiləliklərdə yaranan təhlükələrdən danışdıƏn çox oxunanlar15 May 2026240
-
Hamiləlikdə vaxtında müayinə təhlükəsiz analığın açarıdırƏn çox oxunanlar17 May 2026234
-
“İlk tibbi yardım – ikinci həyata addım”- Səhiyyə Nazirliyindən maarifləndirici fleşmobƏn çox oxunanlar16 May 2026234
-
Akademik Mirməmməd Cavadzadənin anım günüdürƏn çox oxunanlar18 May 2026232
-
Müasir biokimya və molekulyar biologiyaya töhfəƏn çox oxunanlar15 May 2026230
-
ÜST-nin Azərbaycan nümayəndəliyi köməkçi texnologiya və reabilitasiya sistemlərinin gücləndirilməsi üzrə regional layihənin nəticələrini təqdim edibƏn çox oxunanlar16 May 2026228
-
Həkimlər və tələbələr üçün fundamental töhfə: “Nevrologiyada tibbi genetika”Ən çox oxunanlar20 May 2026226
-
İlon Maskın süni intellekti "Grok 14" istifadəçidə psixoz və deliriuma səbəb olubƏn çox oxunanlar14 May 2026202
-
Qarabağ Universitetində tibb təhsilində yeni modelƏn çox oxunanlar13 May 2026200
-
20 May – Ümumdünya Travmatoloq GünüƏn çox oxunanlar20 May 2026198
-
Həkimdən vacib çağırış: Orqanizmdə su balansını qorumaq sağlamlığın əsas şərtidirƏn çox oxunanlar13 May 2026198
-
Bakı klinikalarının imtina etdiyi 70 yaşlı xəstə Tədris Cərrahiyyə Klinikasında sağaldıƏn çox oxunanlar19 May 2026196
-
Süni intelleklt insanların dərin və tənqidi düşünmə qabiliyyətlərini zəiflədirƏn çox oxunanlar20 May 2026196
-
AİB nümayəndə heyəti ilə səhiyyədə yeni əməkdaşlıq imkanlarını müzakirə edilibƏn çox oxunanlar14 May 2026196
-
Azərbaycanda zoonoz xəstəliklərin risklərinə qarşı birgə fəaliyyət gücləndirilirƏn çox oxunanlar19 May 2026194
-
Anesteziya təhlükəlidirmi? – Mütəxəssis cəmiyyətin qorxularına aydınlıq gətiribƏn çox oxunanlar18 May 2026192
-
Nadir uşaq cərrahiyyəsi əməliyyatı uğurla icra olunubƏn çox oxunanlar14 May 2026190