Sadə qan analizi ağır qaraciyər xəstəliyinin inkişaf riskini proqnozlaşdıra bilər. Bu üsul yaxın zamanda qaraciyər sirrozu və qaraciyər xərçəngini erkən aşkarlamaq üçün ilkin tibbi yardımda tətbiq ediləcək.
Azmedinfo.az xəbər verir ki, "The BMJ" elmi jurnalında dərc olunmuş nəticələr bunu deməyə əsas verir.
Karolinska İnstitutunun Huddyinqedə yerləşən tibb fakültəsinin əməkdaşı, testin müəlliflərindən biri Rikard Strandberq deyib: “Bu xəstəliklər getdikcə daha çox yayılır və gec aşkarlandıqda proqnozu əlverişli olmur. Bizim metod isə üç sadə, rutin qan analizinə əsaslanaraq 10 il ərzində ağır qaraciyər xəstəliyi riskini proqnozlaşdırmağa imkan verir.”
Tədqiqat çərçivəsində Karolinska İnstitutunun və Finlandiyadan olan həmkarlarının iştirakı ilə bu metodun nə dərəcədə effektiv olduğu qiymətləndirilib. CORE adlı model qabaqcıl statistik üsullarla hazırlanıb və beş faktora əsaslanır: yaş, cins və mütəmadi tibbi müayinələrdə ölçülən üç qaraciyər fermentinin (AST, ALT və GGT) səviyyələri.
Məqsəd ilkin səhiyyə müəssisələrində asan istifadə edilə biləcək bir vasitə yaratmaqdır, çünki əksər pasiyentlər ilk dəfə məhz burada tibbi yardıma müraciət edirlər.
Karolinska Universitet Xəstəxanasından Hannes Haqström qeyd edib ki, bu, ilkin səhiyyə xidmətlərində qaraciyər xəstəliklərinin erkən skrininqinin təmin olunmasına doğru mühüm addımdır. Artıq yüksək risk qrupuna aid şəxslər üçün – məsələn, sirroz və ya qaraciyər xərçəngi riski olanlar üçün – dərman müalicələri mövcuddur və ümid edirik ki, onlar yaxın zamanda İsveçdə də əlçatan olacaq.
Araşdırma 1985–1996-cı illər arasında tibbi müayinədən keçmiş 480 mindən çox Stokholm sakininin məlumatlarına əsaslanıb. İştirakçılar 30 il müşahidə olunub və onların 1,5 faizində ağır qaraciyər xəstəlikləri (sirroz, qaraciyər xərçəngi) inkişaf edib və ya qaraciyər transplantasiyasına ehtiyac yaranıb.
CORE modeli çox dəqiq nəticə göstərərək, xəstəliyin inkişaf edib-etmədiyini 88 faiz hallarda düzgün fərqləndirib. Bu göstərici hazırda tövsiyə olunan FIB-4 metodundan daha yaxşıdır.
Model həmçinin Finlandiya və Böyük Britaniyada digər iki əhali qrupu üzərində sınaqdan keçirilib və yenidən yüksək dəqiqlik nümayiş etdirib. Lakin tədqiqatçılar vurğulayırlar ki, model xüsusilə yüksək risk qruplarında – məsələn, 2-ci tip diabeti və ya artıq çəkisi olan insanlarda – əlavə testlərdən keçirilməlidir. Bundan başqa, klinik praktikada istifadəsi üçün tibbi sənədləşmə sistemlərinə inteqrasiyası vacibdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261094
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026900
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026788
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026756
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654