Serebral iflic (uşaq serebral iflici) döldə və ya yenidoğulmuşda beynin inkişaf anomaliyaları və ya proqressivləşməyən zədələnməsi nəticəsində yaranan, hərəkət və duruş problemlərinin inkişafına səbəb olan nevroloji xəstəlikdir. Adətən uşaqlıq dövründə aşkarlanır və bəzən digər problemlərlə – intellekt, nitq, eşitmə və görmə qabiliyyətinin pozulması ilə müşayiət olunur.
Azmedinfo.az xəbər verir ki, serebral iflicin diaqnozu əsasən kliniki əlamətlər və nevroloji müayinə əsasında qoyulur. Məsələn, nevroloji müayinə zamanı hərəkət və koordinasiya çətinlikləri, reflekslər və əzələ tonusu (əzələ gərginliyi) qiymətləndirilir, eşitmə və görmə qabiliyyətini ölçmək üçün bəzi müayinələr, laborator analizlər, elektroensefaloqrafiya (EEQ) müayinələri edilir. Beynin strukturunda anomaliyaları aşkarlamaq üçün isə ən effektiv üsul olaraq MRT-dən istifadə olunur. Həkim göstərişi ilə alternativ üsul kimi KT müayinəsi də seçilə bilər.
Serebral iflic tam müalicə edilə bilməsə də, simptomları idarə etmək mümkündür. Müalicənin əsas məqsədi əzələ gərginliyini aradan qaldırmaq və tonusunu azaltmaq, ağırlaşmaların qarşısını almaqdır. Bu məqsədlə həm konservativ, həm də cərrahi müalicə üsullarından istifadə olunur. Konservativ müalicə üsulları kimi əsasən fizioterapiya və reabilitasiyaya üz tutulur. Bu müalicə üsulu ilə tonusu normallaşdırmaq, hərəkətlərin koordinasiyasını yaxşılaşdırmaq mümkündür. Ağırlaşma hallarında isə stasionar terapevtik müalicəyə üz tutulur.
Ötən il ərzində icbari tibbi sığorta hesabına serebral iflicin stasionar müalicəsi üçün 34 mindən çox tibbi xidmət göstərilib.
Cərrahi müalicəyə neyrotomiya (sinirlərin kəsilməsi), tenotomiya (vətərlərin kəsilməsi), əzələ və vətərlərin uzadılması, köçürülmə və transplantasiyası, artrodez və osteotomiyaları misal göstərmək olar.
Serebral iflicli pasiyentlərin müalicəsi nevroloq, fizioterapevt, reabilitoloq, LOR, oftalmoloq, neyrocərrah, ortoped-travmatoloq və digər ixtisaslı həkimlərin birgə işi nəticəsində aparılır. Erkən diaqnoz və reabilitasiya çox vacibdir. Həyat keyfiyyətini artırmaq üçün müalicə uzunmüddətli və sistematik şəkildə aparılmalıdır.
Sadalanan müayinə və müalicə üsulları icbari tibbi sığortanın Xidmətlər Zərfi çərçivəsində qarşılanır. İcbari tibbi sığorta ilə sözügedən tibbi xidmətlər tibbi göstəriş və həkim təyinatı əsasında TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrində və Səhiyyə Nazirliyinin müvafiq elmi-tədqiqat institutları və mərkəzlərində, göndəriş əsasında isə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə müqaviləsi olan tibb müəssisələrində (özəl və müvafiq dövlət orqanlarının tabeliyində olan tibb müəssisələrində) icra olunur.
Xəstəlik barədə əhalinin məlumatlılığının artırılması erkən diaqnostika və müalicənin vaxtında təyin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Məlumat üçün bildirək ki, serebral iflic ana bətnində, doğuş zamanı və ya doğuşdan sonra beynin zədələnməsi ilə əlaqədar ola bilər. Serebral iflicin bətndaxili səbəblərinə bunlar aiddir: ananın kəskin və ya xroniki xəstəlikləri (hipertoniya, ürək qüsurları, anemiya, piylənmə, şəkərli diabet, qalxanabənzər vəzin xəstəlikləri və s.), hamiləlik dövründə müəyyən dərmanların qəbulu və zərərli iş şəraitində işləmək, alkoqolizm, stress, hamiləlik zamanı travma, uşaqlıq qanaxması, plasentar qan dövranının anomaliyaları, ana və dölün qanı arasında immunoloji uyğunsuzluq (ABO, Rh faktoru və digər sistemlər) və s. Vaxtından əvvəl doğuş, çoxdöllü hamiləlik, kəskin oksigen çatışmazlığı, travmatik doğuş, yenidoğulmuşda meningit, ensefalit və ya digər beyin infeksiyaları, baş travmaları, beyin qanamaları da serebral iflicin digər yaranma səbəblərindəndir.
Qeyd edək ki, uşaqda 3-4 aylığında başını düz tuta bilməmək, 6-7 aylığında oturmamaq, əllərini və ayaqlarını qeyri-bərabər hərəkət etdirmək, sıx-sıx qıcolmalar (epileptik tutmalar) keçirmək, nitqdə gecikmənin olması kimi əlamətlər olduğu təqdirdə erkən diaqnoz və müdaxilə üçün valideynlər diqqətli olmalı və həkimə müraciət etməlidirlər.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654