Böyrək xəstəlikləri orqanın zədələnməsi və qandan tullantılarla artıq mayeni süzə bilməməsi nəticəsində yaranır. Xəstəlik irəlilədikdə dializ və ya transplantasiya tələb edən son mərhələli böyrək çatışmazlığı inkişaf edə bilər.
Azmedinfo.az "Actualnews"a istinasdən yazır ki, xəstəliyin yüngül və orta mərhələlərində çox zaman dializdən istifadə etmədən böyrəkləri qorumaq mümkündür. Bunun üçün həkim tövsiyələrinə əməl etmək və sağlam həyat tərzi sürmək vacibdir. Qidalanma rejimi burada əsas rol oynayır.
Duzun məhdudlaşdırılması böyrəklərin yükünü azaldır və təzyiqi nəzarətdə saxlamağa kömək edir, çünki natriumun artıqlığı orqanizmdə maye yığılmasına səbəb olur. Gün ərzində 2300 mq-dan çox duz qəbul etməmək, zərurət olduqda isə daha da azaltmaq tövsiyə olunur.
Zülal orqanizm üçün vacibdir, lakin onun artıq miqdarı böyrəklərə əlavə yük yaradır. Böyrək xəstələri üçün yağsız ət, balıq, yumurta kimi məhsullardan və paxlalılardan — lobya, mərciməkdən — ibarət orta miqdarda zülal qəbulu məqsədəuyğundur. Zülalın dəqiq miqdarı böyrəyin vəziyyətindən asılıdır.
Kalium və fosfor səviyyəsinə də nəzarət etmək lazımdır. Böyrək funksiyası pozulduqda bu minerallar qanda yığıla bilər. Kaliumla zəngin məhsullar — banan, portağal, kartof az miqdarda qəbul edilməlidir. Fosfor miqdarı yüksək olan məhsullar — pendir, qoz-fındıq, bəzi ət məhsulları da məhdudlaşdırılır. Bəzi hallarda həkim fosfat bağlayıcı preparatlar təyin edə bilər.
Fiziki aktivlik çəkiyə, təzyiqə və qandakı şəkər səviyyəsinə nəzarət etməyə kömək edir, bu da böyrəklərə müsbət təsir göstərir. Həftədə təxminən 150 dəqiqə orta intensivlikdə məşq (məsələn, gəzinti) və bir neçə dəfə güc məşqləri etmək tövsiyə olunur.
Arterial təzyiq və qan şəkərinin səviyyəsinə nəzarət xüsusilə vacibdir, çünki hipertoniya və diabet böyrək zədələnməsinin əsas səbəblərindəndir. AÇF inhibitorları və angiotenzin reseptor blokerləri kimi preparatlar təzyiqi salır və böyrəkləri qoruyur.
Kifayət qədər su içmək lazımdır, lakin maye qəbulunun miqdarı həkimin müəyyən etdiyi həddi aşmamalıdır.
Profilaktika məqsədilə mütəmadi tibbi müayinələr və qan analizləri — xüsusən qlomerulyar filtrasiyanın sürəti (QFS) və sidikdə albumin-kreatinin nisbəti (AKN) yoxlanılmalıdır. Problemlərin erkən aşkarlanması müalicəyə vaxtında başlamağa və xəstəliyin inkişafını ləngitməyə imkan verir.
Düzgün qidalanma, fiziki aktivlik, təzyiq və şəkərə nəzarət, səliqəli su rejimi və mütəmadi müayinələr böyrəklərin sağlamlığını və həyat keyfiyyətini qorumağa kömək edir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654