Kliniki Tibbi Mərkəzin Nevrologiya şöbəsinin müdiri, həkim-nevroloq Lalə Tağızadə bildirib ki, yaddaş təkcə informasiyanı saxlayan bioloji sistem deyil, həm də insanın həyat tarixini, şəxsiyyətini və təcrübəsini formalaşdıran əsas koqnitiv funksiyadır.
Azmedinfo.az xəbər verir ki, nevroloqun sözlərinə görə, yaddaşın dərinliklərində həm keçmişin izləri, həm də gələcəyi planlama qabiliyyətimiz gizlənir.
Lalə Tağızadə yaddaşın müxtəlif növləri olduğunu deyib: “Qısamüddətli yaddaş bizə saniyələr və ya bir neçə dəqiqə ərzində informasiyanı saxlamağa kömək edir. Uzunmüddətli yaddaş illər boyu öyrəndiklərimizi qoruyur. İşçi yaddaş gündəlik fəaliyyətimizdə müvəqqəti informasiyadan istifadəni təmin edir. Epizodik yaddaş şəxsi həyatımızdakı xüsusi anları, semantik yaddaş bilik və faktları, prosedural yaddaş isə vərdiş və bacarıqları yadda saxlamağa xidmət edir.”
Həkim qeyd edib ki, yaddaş pozuntuları bir çox səbəbdən yarana bilər: “Yaddaş zəifləməsi və ya pozulması həm fizioloji, həm də patoloji amillərlə əlaqədar ola bilər. Neyrodegenerativ xəstəliklər, damar pozuntuları, insult, beyin hipoperfuziyası, travmalar, metabolik pozğunluqlar, B12 vitamini çatışmazlığı, hipotireoz, qaraciyər və böyrək xəstəlikləri, həmçinin psixiatrik faktorlar bu problemlərin yaranmasında mühüm rol oynayır.”
O, əlavə edib ki, yaddaş pozuntularının müalicəsi kompleks yanaşma tələb edir və səbəbdən asılı olaraq fərqli üsullarla aparılır: “Əsas məqsəd düzgün diaqnozun qoyulmasıdır. Pasiyentin vəziyyəti qiymətləndirilir, lazım gəldikdə MRT, KT, psixoloji testlər və qan analizləri aparılır. Bəzən yaddaş itkisi Alzheimer xəstəliyinin, bəzən depressiyanın, bəzən isə sadəcə vitamin çatışmazlığının nəticəsi olur.”
Lalə Tağızadə bildirib ki, Alzheimer xəstələrində istifadə olunan xüsusi dərmanlar xəstəliyin gedişini ləngidir və gündəlik funksiyaları müəyyən qədər qoruyur. Əgər yaddaş zəifliyi depressiya kimi psixoloji səbəblərlə bağlıdırsa, bu halda antidepressantlar və psixoterapiya əsas müalicə üsulları sayılır. Vitamin çatışmazlığı hallarında isə sadə B12 dəstəyi ilə vəziyyəti tam bərpa etmək mümkündür. Beyin qan dövranının pozulması fonunda yaranan yaddaş problemlərində isə qan dövranını yaxşılaşdıran preparatlar təyin olunur.
Nevroloq vurğulayıb ki, yaddaşın qorunmasında dərman müalicəsi ilə yanaşı, həyat tərzi də həlledici rol oynayır. Zehni fəaliyyətin aktiv saxlanılması, tapmacalar həlli, kitab oxumaq, yeni biliklər öyrənmək və sosial ünsiyyət yaddaşın möhkəmlənməsində çox mühüm rol oynayır. Beyin daim məşğul olduqda yaddaş da güclənir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654