Baş ağrılarının idarə olunmasının tarixi tibbin inkişaf yolunu tam əks etdirir. Min illər əvvəl baş ağrısı tibbi hal kimi deyil, mistik bir hadisə kimi hesab edilirdisə, bu gün klinik nevroloji problem kimi deyil, əhəmiyyətli ictimai səhiyyə məsələsi kimi qiymətləndirilməlidir. Onun geniş yayılması, yüksək əlillik yükü, sosial iqtisadi təsirləri miqrenin müasir səhiyyə siyasətinin diqqət mərkəzinə gətirir. Miqrenin ictimai səhiyyə problemi kimi qəbul edilməsi bir neçə strateji yanaşmanı zəruri edir. İlk növbədə, miqren və digər baş ağrıları milli səhiyyə prioritetləri sırasında öz yerini almaqdadır.
Azmedinfo.az xəbər verir ki, bunu səhiyyə naziri Teymur Musayev Azərbaycan Miqren Mütəxəssisləri İctimai Birliyinin (AMMİB) 1-ci illik beynəlxalq konfransında çıxışı zamanı deyib.
Dekabrın 19-da Səhiyyə Nazirliyində bir sıra qabaqcıl mütəxəssislərlə görüş keçirildiyini qeyd edən nazir bildirib: "Tam əminliklə deyə bilərik ki, artıq miqrenin respublikamızda idarə olunmasına dair yol xəritəsinin hazırlanması barədə ilkin müzakirələr aparılıb. Belə ki, ilkin mərhələdə ən mütləq amil kimi ölkəmizdə dünya praktikasına əsaslanan, ən müasir müalicə və diaqnostika metodlarını özündə əks etdirən milli protokolun qəbul edilməsi əsas götürülüb. Bundan sonra ölkəmizdə müasir müalicə üsullarının əlçatanlığını təmin etmək məqsədilə ən qabaqcıl dərman vasitələri və digər üsulların ölkəmizdə sürətli şəkildə qeydiyyatdan keçirilməsi və əhalinin bu müalicələrə əlçatanlığını təmin etmək mövzusu müzakirə olundu. Növbəti mərhələdə icbari tibbi sığortanın xidmətlər zərfinə xroniki miqrenin idarə olunmasının da daxil edilməsi məsələsi gündəmə gəlir. İnanıram ki, növbəti bir il - il yarım ərzində bu istiqamətdə ciddi irəliləyişlərə nail olacağıq. Eyni zamanda, səhiyyə işçilərinin bilik və bacarıqlarının artırılması xüsusi əhəmiyyət kəsb edir. İlkin səhiyyə xidmətində çalışan tibb işçiləri miqrenin erkən əlamətlərini tanımalı, düzgün yönləndirmə və ilkin müalicə aparmaq imkanına malik olmalıdır. Həmin yanaşma ixtisaslaşmış xidmətlərə düşən yükü də xeyli azaldır”.
Nazir əlavə edib ki, müasir dövrdə rəqəmsal səhiyyə həlləri və sağlamlıq məlumat sistemləri də miqrenin ictimai səhiyyə səviyyəsində idarə olunmasına yeni imkanlar yaradır. Epidemioloji məlumatların toplanması, xəstə yükünün ölçülməsi və xidmətlərin effektivliyinin qiymətləndirilməsi sübuta əsaslanan siyasi qərarların qəbuluna imkan verir".
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654