Hər kəs sağlam qalmaq üçün gündə 10 min addım atmaq lazım olduğunu eşidib. Bir çox insan artıq bilir ki, bu rəqəm mifdir, bu qədər addım həddindən artıqdır. Amma sağlamlığı qorumaq və konkret xəstəliklərdən uzaq qalmaq üçün əslində nə qədər hərəkət etmək lazım olduğu sualı qalır. Bu suala ABŞ-ın Vanderbilt Universitetinin alimləri tərəfindən aparılan tədqiqat cavab verir.
Azmedinfo.az "Nature Communications” jurnalında dərc olunan məqaləyə diqqət çəkib:
Addımlar oturaq həyat tərzini kompensasiya edir
Alimlər belə bir yanaşmadan çıxış ediblər ki, azhərəkətli həyat tərzi ölüm riskini artırır və bir çox xroniki xəstəliklərlə, o cümlədən piylənmə, şəkərli diabet, hipertoniya, ürəyin işemik xəstəliyi, ürək çatışmazlığı, xroniki böyrək xəstəliyi, metabolik assosiasiyalı yağlı qaraciyər xəstəliyi (MAZHQ), xroniki obstruktiv ağciyər xəstəliyi (XOAQ), yuxu apnesi və digərləri ilə əlaqələndirilir.
Tədqiqatın məqsədi gün ərzində 8–14 saatını kompüter və masa arxasında keçirən insanların bu riskləri azaltmaq üçün nə qədər addım atmalı olduqlarını müəyyən etmək olub.
Araşdırmaya 15 mindən çox insan cəlb edilib. Hər iştirakçının elektron fitnes izləyicisi (trekeri) olub və bu cihaz həm addım sayını, həm də hərəkətsiz keçirdiyi vaxtı qeydə alıb. Beləliklə, tədqiqat real həyat davranışlarına əsaslanıb və subyektivlik minimuma endirilib.
“10 min addım” tələbi ləğv edilir
Alimlər təsdiqləyiblər ki, xəstəliklərdən qorunmaq üçün gündə 10 min addım şərt deyil və bu rəqəm çox vaxt yerinə yetirilməsi çətin olan bir göstəricidir. Araşdırmaya görə, əksər xəstəliklər riskini azaltmaq üçün gündə 1700–5500 addım kifayət edir. Konkret nəticələr belədir:
piylənmə və MAZHQ-dan qorunmaq üçün — 1700 addım kifayətdir;
hipertoniya və yuxu apnesi riskini ciddi azaltmaq üçün — 2200 addım;
şəkərli diabetin profilaktikası üçün — 5300 addım;
XOAQ üçün — 5500 addım.
Təəccüblü şəkildə ürəyin işemik xəstəliyi və ürək çatışmazlığına qarşı qoruyucu effekt müşahidə olunmayıb. Lakin tədqiqat müəllifləri qeyd edirlər ki, bu, gəzintinin həmin xəstəliklərə təsirinin olmaması demək deyil, çünki əvvəlki çoxsaylı araşdırmalar bunun əksini sübut edib.
Vanderbilt Universitetinin professoru Evan Brittain araşdırmanı belə yekunlaşdırıb: “Bir çoxumuz günün böyük hissəsini masa arxasında keçiririk. Nəticələr göstərir ki, əgər artıq oturub qalmısınızsa belə, bunu kompensasiya etməyin yolu var.”
Onun sözlərinə görə, bunun üçün sadəcə fiziki aktivliklə məşğul olmaq və düzgün yükü müəyyən etmək kifayətdir. Müasir fitnes trekerləri bu prosesi xeyli asanlaşdırır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654