Mən İmam Hüseyni sevirəmsə, bu səni niyə narahat edir?
Bu sualın cavabı Hüseyn sevgisində deyil, Hüseyn sevgisinə qarşı çıxan düşüncədə axtarılmalıdır.
Azmedinfo.az ruh və təfəkkür sağlamlığı, "Qurani maariflənmə" silsiləsindən Kamiloğlunun növbəti məqaləsini təqdim edir.
İmam Hüseyni sevməkdə Allaha qarşı nə var? Peyğəmbərə qarşı nə var? Ədalətə qarşı nə var?
Heç nə! Əksinə, İmam Hüseyn Peyğəmbərin Əhli-Beytindəndir. Onu sevmək Allah sevgisinə qarşı qoyula bilməz. Qur’an Allah sevgisini Peyğəmbər sevgisindən ayırmır:
“De: Əgər siz Allahı sevirsinizsə, mənim ardımca gəlin ki, Allah da sizi sevsin…” (Ali-İmran, 3:31)
Deməli, Allah sevgisi Peyğəmbər sevgisindən ayrılmır. Peyğəmbərin Əhli-Beytinə məhəbbəti Allaha qarşı qoymaq isə bu məntiq zəncirini qırmaqdır.
İmam Hüseyn sevgisini niyə gözdən salmaq istəyirlər?
İnsanları İmam Hüseyn sevgisindən çəkindirməyə çalışan təbliğat haqqa, Ədalətə — İslama qarşı çıxmaqdır. Çünki Kərbəla faciəsində qəhrəmancasına şəhid olan İmam Hüseyn İslam tarixində Allah Rəsulunun nəslini və Əhli-Beyt xəttini təmsil edən sonuncu imam idi.
Hüseyn qarşısında iki yol qoyuldu:
Yezidə beyət etmək və yaşamaq — yaxud haqqdan dönməyib şəhid olmaq.
Hüseyn ikinci yolu seçdi. O, Yezidə beyət etmədi, şəhid olmağı seçdi və məhz bu seçimlə İslamın mənəvi mahiyyətini yaşatdı: haqqı hakimiyyətə qurban verməmək, Ədaləti qorumaq və zülmə boyun əyməmək.
Hüseynin Kərbəlada verdiyi mesaj budur:
İslam yaşamaq naminə zülmə beyət etmək deyil, haqq naminə ölümü qəbul etməkdir.
Səqifədə susmaq, Kərbəlada susmamaq
Tarixin ən böyük məqamlarından biri də budur:
Hz. Əlinin Səqifədə susması ilə İmam Hüseynin Yezid qarşısında susmaması arasında dərin bir fərq var.
Səqifədə Hz. Əli Peyğəmbərin mübarək cəsədi hələ dəfn edilməmiş bir vaxtda İslamın daxilində parçalanmanı daha da dərinləşdirməmək üçün susdu.
Amma Kərbəlada artıq məsələ tamam başqa idi. Orada susmaq haqqın özündən imtina etmək demək idi. İmam Hüseyn susmadı, Yezidə beyət etmədi və bunun bədəlini öz qanı, ailəsinin və yaxınlarının qanı ilə ödədi.
Beləliklə, tarixdə iki səhnə bir-birini tamamladı:
Səqifədə Hz. Əlinin susması İslamın parçalanmasının qarşısını almaq üçün seçilən sükut idi. Kərbəlada Hüseynin susmaması isə İslamın öz mahiyyətini qorumaq üçün verilən şəhadət idi.
Səqifədə siyasi hakimiyyət İslamın mənəvi mahiyyətindən ayrıldı. Kərbəlada Hüseyn həmin ayrılığı öz şəhadəti ilə ifşa etdi.
Ona görə Kərbəla sadəcə faciə deyil. Kərbəla İslamın nə olduğunu göstərən tarixi meyardır.
Hüseyn ədaləti konkretləşdirir
Ədalət mücərrəd söz deyil. Ədalət zülm qarşısında haqqın yanında dayananda görünür.
Hüseyn bunu öz həyatı ilə göstərdi. O, Ədaləti nəzəri fikir kimi saxlamadı, ədaləti öz qanı ilə konkretləşdirdi.
Buna görə də Hüseyn sevgisini insanın qəlbindən çıxarmağa çalışan təbliğat əslində yalnız bir şəxsə olan məhəbbətə qarşı çıxmır, insanın yaddaşından haqqın zülm qarşısında necə dayandığını silməyə çalışır.
Məntiqi qırmaq da məhz budur:
Məntiqi qırmaq Ədaləti mücərrədləşdirməkdir.
Allah sevgisini Peyğəmbər sevgisindən ayırmaq.
Peyğəmbər sevgisini Əhli-Beyt sevgisindən ayırmaq.
Əhli-Beyt sevgisini Hüseyn sevgisindən ayırmaq.
Sonra da insanlara “Allahı sev, amma Hüseyni sevmə” demək.
Bu, İslamın bütöv məntiqinə ziddir.
“Mən İmam Hüseyni sevirəmsə, bu səni niyə narahat edir?” sualına cavab
Əgər mənim İmam Hüseyn sevgimdə Allaha, Onun Rəsuluna, Əhli-Beytinə və ədalət prinsipinə zidd heç nə yoxdursa, bu səni niyə narahat edir?
Deməli, məsələ Hüseyn sevgisində deyil, əsl problem bu sevgiyə duyulan düşmənçilikdədir.
Hüseyn sevgisini gözdən salan, Peyğəmbərin Əhli-Beytinə məhəbbəti Allaha qarşı qoyan və insanları bu sevgidən çəkindirməyə çalışan təbliğat murdar təbliğatdır.
Çünki Hüseyn sevgisini Allaha qarşı qoymaq üçün əvvəlcə Allah–Peyğəmbər–Əhli-Beyt–Hüseyn məntiq zəncirini qırmaq lazımdır. Amma bu zəncir qırıldıqda İslamın öz bütövlüyü də parçalanır.
NƏTİCƏ
İmam Hüseynin Kərbəlada seçimi bir şəxsin hakimiyyət uğrunda mübarizəsi deyildi. Bu, haqq ilə batil, ədalətlə zülm, İslamın mahiyyəti ilə hakimiyyətin dini alətə çevrilməsi arasındakı qarşıdurma idi.
Hüseyn yaşamaq üçün Yezidə beyət etmədi. Şəhid olmağı seçdi və İslamı yaşatdı. Buna görə Hüseyn sevgisi sadəcə bir insana duyulan məhəbbət deyil.
Hüseyn sevgisi haqq sevgisidir.
Hüseyn sevgisi ədalət sevgisidir.
Hüseyn sevgisi İslamın insan qarşısında qoyduğu mənəvi məsuliyyətin sevgisidir.
Bu sevgini gözdən salmağa çalışan təbliğatın qarşısında sual dəyişmir:
Mən İmam Hüseyni sevirəmsə, bu səni niyə narahat edir?
Cavab belədir:
Çünki Hüseynə düşmənçilik edən təbliğatın özünü sorğuya çəkmədən Hüseyn sevgisini sorğuya çəkmək ədalət deyil.
İmam Hüseyn ədaləti konkretləşdirir. Kərbəla isə İslamın zülm qarşısında susmadığını tarixə yazır.
Allahın yolundan dönməyən, haqqından əl çəkməyən və bu yolda şəhid olan İmam Hüseynə qarşı çıxmaq hansı xəstə təxəyyülün məhsulu ola bilər?
İmam Hüseyn Allahın yolundan dönmədi. Bu həqiqət qarşılığında bəs ona qarşı çıxan nəyi müdafiə edir?
Hüseyn zülmə beyət etmədi. Bəs onun beyət etməməsinə qarşı çıxan kimə beyəti müdafiə edir?
Hüseyn ölümü seçdi, amma haqqdan dönmədi. Bəs onu qınayan haqqın qarşılığında nəyi seçir?
Burada artıq söhbət sadəcə İmam Hüseyni sevməməkdən getmir. Haqq uğrunda şəhid olmuş bir insana düşmənçilik etmək üçün haqqın özünə qarşı çevrilmiş bir düşüncə tərzinə, kor bir təəssübkeşliyə sahib olmaq lazımdır.
Daha dəhşətlisi isə həmin düşüncənin Allahın adından danışmasıdır.
Allahın yolundan dönməyən İmam Hüseynə qarşı çıxıb, sonra bunu “Allahı müdafiə etmək” adlandırmaq insan təxəyyülünün Allahın haqqına nə qədər yadlaşa bildiyini göstərir.
Çünki Allahın yolunda ölən İmam Hüseyni günahkar, ona qarşı çıxanı isə Allahın müdafiəçisi göstərmək yalnız həqiqətin deyil, meyarın da çevrilməsidir.
İmam Hüseyn Kərbəlada Allahı müdafiə etdiyini iddia etmədi. O, Allahın yolundan dönmədi. Elə buna görə şəhid oldu.
İmam Hüseynə qarşı çıxanların qarşısında isə bircə sual qalır:
Allahın yolundan dönməyən Hüseynə qarşı çıxmaqla siz hansı yolu müdafiə edirsiniz?
© Məqalədən istifadə edərkən müəllifə və ilkin mənbəyə istinad edilməsi mütləqdir. Məqalədəki fikir və mülahizələr müəllifin şəxsi mövqeyini əks etdirir. Redaksiyanın mövqeyi müəllifin mövqeyi ilə üst-üstə düşməyə bilər.
-
Bakıda qadınlara qarşı zorakılığın ləğv edilməsi uğrunda Beynəlxalq Günə həsr olunmuş "Səsini eşit!" adlı tədbir keçiriləcəkƏn çox oxunanlar15 Noyabr 20261178
-
Yeni hüceyrə terapiyası siçan modellərində beyin şişlərini tamamilə aradan qaldırıbƏn çox oxunanlar16 Noyabr 20261062
-
BİR DİN VAR İDİ — İNSANLAR ONDAN QOPDULARƏn çox oxunanlar18 Noyabr 20261048
-
Antibiotiklər yalnız həkim təyinatı ilə qəbul edilməlidirƏn çox oxunanlar18 Noyabr 20261038
-
Deputat autizmli və digər xüsusi qayğıya ehtiyacı olan uşaqların reabilitasiyası üçün maliyyənin artırılmasını təklif edibƏn çox oxunanlar18 Noyabr 20261038
-
Quranın dilinə müdaxiləƏn çox oxunanlar17 Noyabr 20261012
-
Tibb müəssisələrində tütün məmulatlarının istifadəsinə dair monitorinq aparılıbƏn çox oxunanlar19 Noyabr 2026986
-
Tibb işçiləri üçün etik davranış qaydalarına dair təqdimat keçirilibƏn çox oxunanlar20 Noyabr 2026974
-
Qaraciyərin özünübərpa qabiliyyəti sonsuz deyi - Xroniki zədələnmə ciddi fəsadlara səbəb ola bilərƏn çox oxunanlar16 Noyabr 2026974
-
Antibiotiklərdən düzgün istifadə həyati əhəmiyyət daşıyırƏn çox oxunanlar19 Noyabr 2026968
-
Elmi-Tədqiqat Pediatriya İnstitutunda “Nadir xəstəliklər: şəxsi təcrübəmiz – 3” adlı elmi-praktik toplu nəşrə hazırlanırƏn çox oxunanlar20 Noyabr 2026958
-
İcbari tibbi sığortada yeni mərhələ – Elektron reyestr yaradılırƏn çox oxunanlar18 Noyabr 2026904
-
Tələbələr arasında vərəm və ağciyər xəstəliklərinin erkən aşkarlanması üçün səyyar müayinələrə başlanılıbƏn çox oxunanlar19 Noyabr 2026890
-
Həkimdən böyrək xəstələrinə mühüm çağırış: Dializdən azad olmaq mümkündür!Ən çox oxunanlar17 Noyabr 2026886
-
Cənubi Koreyada alimlər 3D bioprinter vasitəsilə canlı insan buynuz qişası yaradıblarƏn çox oxunanlar17 Noyabr 2026886
-
18 noyabr – Uşaqların Cinsi İstismardan və Cinsi Zorakılıqdan Müdafiə GünüdürƏn çox oxunanlar18 Noyabr 2026864
-
ABŞ qızılcadan azad ölkə statusunu itiribƏn çox oxunanlar15 Noyabr 2026828
-
İSLAM ADI ALTINDA MÜAVİYƏNİN SÜLALƏ HAKİMİYYƏTİƏn çox oxunanlar15 Noyabr 2026768
-
2027-ci ildə ambulator dərmanların icbari tibbi sığorta ilə qarşılanması planlaşdırılırƏn çox oxunanlar21 Noyabr 2026722
-
İcbari tibbi sığorta ilə sümük iliyi transplantasiyası 50 pasiyentə icra olunubƏn çox oxunanlar21 Noyabr 2026720