Dakriosistit – göz yaşı kisəsinin iltihabi xəstəliyidir. İstənilən formalı dakriosistitin (kəskin, xroniki və s.) əsasında göz yaşı axarınındaralması və ya tutulması durur. Bu hallar anadangəlmə (yenidoğulmuşlarda) və ya qazanılmışolur.Yenidoğulmuşlarda bu, gözyaşı kanallarının anadangəlmə anomaliyaları, kanalın distal hissəsində sıx epitel membranının olması və s. ilə əlaqədar ola bilər. Qazanılmış formalarına kəskin respirator virus infeksiyaları, xroniki rinit, sinusit, burun polipləri, adenoidlər, burun sümüklərinin və orbitin sınıqları səbəb ola bilər. Xəstəliyin bu formasına istənilən yaşda rast gəlmək olar.
Azmedinfo.az xəbər verir ki, icbari tibbi sığorta ilə xəstəliyin diaqnostikası ixtisaslı həkimin müayinəsi, kontrastlı maddə ilə rentgenoloji müayinə, mikrobioloji müayinə (gözyaşı kisəsindən ifrazolunan mayenin əkilməsi və antibiotikə qarşı həssaslığın yoxlanılması), ehtiyac olduqda KT və MRT əsasında aparılır.
Kanalın tutulması göz yaşının burun boşluğuna axmasına mane olur və nəticədə gözlərdən yaşaxma (epifora) müşahidə olunur. Dakriosistit göz ətrafında qızartı, şişkinlik, yaş kisəsi nahiyəsinə basdıqda yaş nöqtəsindən selikli və ya irinli ifrazatın xaric olması, gözün selikli qişasının qızarması, bədən hərarəti, iltihabi proses buynuz qişaya təsir edərsə görməitiliyinin azalması ilə özünü büruzə verir. Xoşagəlməz vəziyyətin yaranması səhhətdə diskomfort hissi yaşadır və həyat keyfiyyətini aşağı salır.
Müalicə xəstəliyin formasından asılı olaraq və pasiyentlərinümumi sağlamlıq vəziyyəti nəzərə alınmaqla təyin edilir. Anadangəlmə formada gözyaşı axarının masajı və zondlanması xəstəlikdən xilas olmağa kifayət edir. Kəskin dakriosistitin müalicəsi kompleks şəklində müalicə tədbirlərindən ibarətdir. Kompleks müalicəyə ilk olaraq antibiotiklərin təyini, fizioterapiya, isti quru kompresslərin qoyulması, formalaşmış absesdə kisəciyin açılıb cərrahi işlənilməsi, gözyaşı kanalının yuyulması və s. aiddir.
Konservativ müalicə arzuolunan nəticəni vermədikdə, həmçinin dakriosistitin xronik formalarında cərrahi müdaxiləyə ehtiyac yaranır. Əməliyyatın məqsədi göz yaşının normal axınını bərpa etmək üçün göz yaşı kisəsi ilə burun boşluğu arasında yeni axar yaratmaq, yaxud mövcud axarın keçiriciliyinin bərpasıdır. Əməliyyatın yerli anesteziya altında endonazal metodla aparılması nəticəsində pasiyentin xəstəxanada qalma müddəti qısa olur, sağalma sürətli olur və əməliyyatdan sonrakı ağırlaşma riski minimuma enir.Əməliyyatdan sonra xəstənin simptomları keçir və həyat keyfiyyəti əhəmiyyətli dərəcədə yaxşılaşır.
Xəstəliyin müayinə və müalicəsi,eləcə dəcərrahi əməliyyatın icrasıicbari tibbi sığorta təminatına daxildir. 2024-cü ildə icbari tibbi sığorta hesabına gözyaşı axarının bərpası məqsədilə 234 cərrahi prosedur icra olunub.
İcbari tibbi sığorta ilə tibbi xidmətlərdən istifadə etmək üçün TƏBİB-in tabeliyindəki dövlət tibb müəssisələrinə və ya Səhiyyə Nazirliyinin elmi-tədqiqat institutlarına şəxsiyyət vəsiqəsi ilə müraciət etmək kifayətdir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654