Səhiyyə Nazirliyi səhiyyə sistemində müasir dövrün tələbi və innovativ düşüncə məhsulu olan Rəqəmsal Səhiyyə ekosisteminin tətbiqi ilə bağlı tədbirləri davam etdirir. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarı ilə təsdiq edilmiş “Dövlət səhiyyə sisteminə daxil olan tibb müəssisələrinə tibb işçilərinin işə qəbulu Qaydası” nın icrasını təmin etmək məqsədilə Səhiyyə Nazirliyinin“ Vahid Səhiyyə İnformasiya Sistemi”nin (VSİS) “İşə qəbul” altsistemi hazırlanaraq istifadəyə verilib.
Dövlət tibb müəssisələrinə işə qəbul prosesinin rəqəmsallaşdırılmasında məqsəd şəffaflıq və aşkarlığın təmin olunması, habelə namizədlərin sənədlərinin elektron qaydada vaxt itkisi olmadan operativ olaraq təqdim edilməsi imkanlarının yaradılmasıdır.
Tibb işçiləri Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin tabeliyindəki tibb müəssisələrində öz ixtisaslarına uyğun mövcud vakansiyalar barədə məlumatı Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəsmi internet resurslarında (https://sehiyye.gov.az/tibb-iscileri/insan-resurslari/ və ya https://kabinet.e-health.gov.az/modul/miq/vacancies) verilən elanlar vasitəsilə əldə edə bilərlər.
Qeyd edək ki, tibb işçilərinin işə qəbulu vakant vəzifənin olduğu tibb müəssisəsi tərəfindən müsahibə əsasında aparılır. Müsahibənin iki forması mövcuddur: daxili və ümumi müsahibə. Tibb müəssisəsinin rəhbəri vəzifədə yüksəliş yolu ilə vakant vəzifənin tutulması məqsədilə daxili müsahibənin keçirilməsi üçün vakansiya yarandığı gündən 3 (üç) iş günü müddətində qərar qəbul edir. Daxili müsahibə nəticəsində vakant vəzifə tutulmadıqda tibb müəssisəsinin rəhbərinin qərarı ilə həmin vəzifə ümumi müsahibəyə çıxarılır.
Həm daxili, həm ümumi müsahibədə iştirak etmək üçün namizəd https://sehiyye.gov.az/ saytında vakansiya elan edilən gündən etibarən 15 (on beş) iş günü müddətində VSİS-nin müvafiq altsistemində şəxsi kabinet yaradaraq qeydiyyatdan keçir və uyğun vakansiyaları seçərək, öz ərizəsini təsdiq edir.
Nazirlik tərəfindən VSİS-nin müvafiq altsistemi vasitəsilə namizədin təqdim etdiyi sənədlərin düzgünlüyü qeydiyyat üçün nəzərdə tutulan müddətin bitdiyi tarixdən 5 (beş) iş günü müddətində avtomatlaşdırılmış qaydada yoxlanılır. Sənədlərin avtomatlaşdırılmış qaydada yoxlanması müsbət nəticələndikdə elektron poçt və (və ya) şəxsi kabineti vasitəsilə müsahibəyə buraxılması barədə namizədə, vakansiyanın aid olduğu tibb müəssisəsinə və tibb müəssisəsinin tabe olduğu quruma məlumat verilir. Təqdim edilmiş sənədlərdə aradan qaldırılması mümkün olan çatışmazlıqlar aşkar edildikdə, bu barədə ərizəçi 1 (bir) iş günündən gec olmayaraq məlumatlandırılır.
VSİS vasitəsilə əldə olunması mümkün olan sənədlər istisna olmaqla işə qəbul olunmaq üçün tələb olunan sənədlər aşağıdakılardır:
- xarici ölkələrdə təhsil alan namizədlərə münasibətdə onların xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasına dair sənədinin surəti;
- elmi dərəcəsinin olduğunu təsdiq edən sənədin (olduğu halda) surəti;
- əmək kitabçasının notariat qaydasında və ya işəgötürən tərəfindən təsdiq edilmiş surəti (ilk dəfə əmək fəaliyyətinə başlayanlar istisna olmaqla);
- ixtisas dərəcəsinin verilməsi barədə sənədin surəti;
- ixtisası və əmək funksiyası ilə bağlı əlavə təhsili barədə müvafiq sertifikatlar (şəhadətnamələr).
Tibb müəssisəsi tərəfindən yaradılmış müvafiq komissiya tərəfindən namizədin potensial imkanları və vəzifəyə uyğunluğu qiymətləndirilir.
Namizədin vəzifəyə uyğunluğunun qiymətləndirilməsi qaydaları və qəbul edilən keçid balları barədə məlumatla müvafiq qərarın yayımlandığı https://e-qanun.az/framework/57500 saytında tanış olmaq mümkündür. Namizədlər fərdi qaydada qiymətləndirildiyi ballar barədə məlumat şəxsi kabinetdə (https://kabinet.e-health.gov.az ) əlçatan olur.
Tibb işçiləri sistemin istifadə qaydaları haqqında əlavə məlumat almaq üçün Rəqəmsal Səhiyyə Mərkəzinə məxsus 0555313828 nömrəyə vatsap üzərindən yaza və ya office@e-health.gov.az email ünvanına müraciət edə bilərlər.
-
100 il uşaq sağlamlığının keşiyində: Azərbaycan pediatriyasının memarı Akademik Adilə NamazovaƏn çox oxunanlar08 Sentyabr 2026374
-
“Sağlam qadın güclü cəmiyyət” Qarabağ Simpoziumu keçiriləcəkƏn çox oxunanlar02 Sentyabr 2026314
-
Ruhun yoluƏn çox oxunanlar01 Sentyabr 2026204
-
Gün boyu tox qalmağın və əzələləri qorumağın qızıl qaydası – Endokrinoloqdan tövsiyələrƏn çox oxunanlar03 Sentyabr 2026194
-
TÖVHİDİN TƏHRİFİ: “SƏMAVİ DİNLƏR” YANLIŞI VƏ SARAY İSLAMININ YARADILMASIƏn çox oxunanlar06 Sentyabr 2026192
-
Kövsər — davamlı nemətin Qurani mənasıƏn çox oxunanlar05 Sentyabr 2026190
-
Quran oxumağı "qocalıq peşəsi"nə çevirmək xəritəni yolunun sonunda açmaq deməkdirƏn çox oxunanlar31 Avqust 2026184
-
Fatihə, yoxsa Məun?Ən çox oxunanlar07 Sentyabr 2026180
-
7 sentyabr Beynəlxalq Mavi Səma Üçün Təmiz Hava GünüdürƏn çox oxunanlar07 Sentyabr 2026176
-
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tibb işçilərinin işə qəbulunu elan edirƏn çox oxunanlar02 Sentyabr 2026172
-
Pankreas transplantasiyası nədir və kimlərə tətbiq olunur?Ən çox oxunanlar03 Sentyabr 2026170
-
Klinik ölüm zamani şüur: sənədləşdirilmiş faktlar nə deyir?Ən çox oxunanlar03 Sentyabr 2026168
-
Bağçaların açılması və soyuq hava infeksiya riskini artırır – Valideynlərə və tərbiyəçilərə xəbərdarlıqƏn çox oxunanlar03 Sentyabr 2026168
-
Bədəninizin “ikinci ürəyi” var və onu hərəkətdə saxlamaq olduqca vacibdirƏn çox oxunanlar02 Sentyabr 2026168
-
Mərkəzi Gömrük Hospitalında rezidentura təhsilinə qəbul olunmuş həkim-rezidentlərlə görüşƏn çox oxunanlar01 Sentyabr 2026160
-
Məktəbə hazırlıq yalnız çanta və dəftərdən ibarət deyilƏn çox oxunanlar01 Sentyabr 2026154
-
Azərbaycan-ŞƏT əməkdaşlığında səhiyyə də prioritet istiqamətlərdən biri kimi göstərilirƏn çox oxunanlar01 Sentyabr 2026152
-
8 sentyabr — Ümumdünya Fizioterapiya GünüdürƏn çox oxunanlar08 Sentyabr 2026150
-
Arıçılıq təsərrüfatlarında epizootoloji monitorinqlər keçiriləcəkƏn çox oxunanlar06 Sentyabr 2026150
-
Onurğa sağlamlığında kompleks yanaşma - Uşaqlar üçün fərdi proqramlar tətbiq olunurƏn çox oxunanlar07 Sentyabr 2026146