Qrip virusları 4 müxtəlif növə bölmək olar, A, B, C və D. Qrip A və B virusları xəstəliklərin mövsümi epidemiyasına səbəb olur.
Azmedinfo.az qrip haqqında həkim rəyinə əsaslanan praktik tövsiyələri izləyiciləri ilə bölüşür:
Qrip viruslarını 4 əsas növə bölmək olar: A, B, C və D. Qrip A və B virusları əsasən mövsümi epidemiyalara səbəb olur.
A tipi qrip
A tipli qrip virusları səthlərindəki iki zülala – Hemaqlutinin (H) və Neyraminidaza (N) əsasən alt tiplərə bölünür. 18 fərqli hemaqlutinin (H1–H18) və 11 fərqli neyraminidaza (N1–N11) alt tipi mövcuddur. Hazırda insanlarda dövr edən əsas A tipli viruslar A(H1N1) və A(H3N2) alt tipləridir. Bu alt tip viruslar daha sonra genetik “qruplara” və “alt qruplara” bölünə bilər.
A tipi qrip virusu daim dəyişir və qrip pandemiyalarına səbəb olan yeganə virus növüdür. Vəhşi quşlar bu virusun təbii daşıyıcılarıdır. A qrip virusu daha tez mutasiyaya uğrayır və bu səbəbdən daha təhlükəli sayılır. Hər il yeni virus ştammları yarana bildiyi üçün əvvəlki peyvəndlər bəzən kifayət etmir. Vəhşi quşlarda yaranan bu virus quş qripi kimi də tanınır və insanlara, eləcə də digər heyvanlara keçə bilər. Bu xüsusiyyətlər A tipli qripi potensial pandemiya səbəbi edir.
B tipi qrip
B tipli qrip yalnız insanlarda infeksiyaya səbəb olur. A tipindən fərqli olaraq, daha yüngül keçir və pandemiyaya səbəb olduğu bilinmir. Bununla belə, ağır hallarda həyati təhlükə yarada bilər. B qripi iki fərqli soya bölünür: B/Victoria və B/Yamagata.
C tipi qrip
Bu növ qrip də insanlarda xəstəlik törətsə də, simptomları çox yüngül olur və epidemiyalara səbəb olmur.
D tipi qrip
D tipli qrip əsasən mal-qarada müşahidə olunur və insanlarda xəstəlik törətdiyi qeydə alınmayıb.
Qripin simptomları
Qripin ilkin əlamətləri soyuqdəyməni xatırlatsa da, daha qəfil başlayır və daha ağır keçir. Tipik simptomlara aşağıdakılar daxildir:
-
Yüksək hərarət
-
Bədən və əzələ ağrıları
-
Baş ağrısı
-
Boğaz ağrısı
-
Burun axıntısı və ya tıxanıqlığı
-
Quru və davamlı öskürək
-
Üşümə və tərləmə
-
Gözlərdə ağrı
-
Uşaqlarda ishal və qusma
Qripin fəsadları
Əksər sağlam insanlar qripdən bir neçə həftə ərzində sağalır. Lakin bəzi hallarda ciddi fəsadlar meydana çıxa bilər:
-
Sətəlcəm
-
Bronxit
-
Qulaq infeksiyaları
-
Ürək problemləri
-
Astmanın kəskinləşməsi
-
Kəskin tənəffüs çatışmazlığı sindromu
-
Xroniki xəstəliklərin alovlanması
Kimlər daha çox risk altındadır?
Aşağıdakı şəxslərdə qripin ağır keçməsi və fəsadlara səbəb olması riski daha yüksəkdir:
-
65 yaşdan yuxarı şəxslər
-
5 yaşdan kiçik uşaqlar, xüsusən 6 aya qədər körpələr
-
İmmuniteti zəif olan şəxslər
-
Hamilə qadınlar və doğuşdan sonrakı 2 həftəlik dövr
-
Qocalar evində və uzunmüddətli qulluq müəssisələrində yaşayanlar
-
Xroniki xəstəliklərdən (diabet, astma, ürək, qaraciyər və böyrək xəstəlikləri) əziyyət çəkənlər
-
Bədən Kütlə İndeksi (BKİ) 40-dan yuxarı olanlar
Həkimə nə vaxt müraciət etməli?
Ev şəraitində müalicə effekt vermədikdə və ya aşağıdakı əlamətlər müşahidə olunarsa, dərhal həkimə müraciət edin:
-
Sinə ağrısı
-
Davamlı başgicəllənmə
-
Nəfəs darlığı
-
Şiddətli əzələ ağrıları və zəiflik
-
Qızdırmanın düşməməsi
-
Uşaqlarda qida qəbulunun azalması və ya huşun dəyişməsi
-
Nöbet və ya şüur bulanıqlığı
Antiviral dərmanlar qripin müddətini azalda və ağırlaşmaların qarşısını ala bilər.
Qrip necə ötürülür?
Qrip virusu əsasən hava-damcı yolu ilə yayılır – yoluxmuş şəxs öskürərkən, asqırarkən və ya danışarkən ətrafa virus damcıları saçır. Yoluxmuş əşyalarla təmasdan sonra əllərlə gözə, ağıza və buruna toxunmaq da infeksiyaya səbəb ola bilər.
Simptomlar başlamazdan bir gün əvvəl və başlayandan sonra təxminən 5 gün ərzində yoluxuculuq davam edir. İmmuniteti zəif olanlarda bu müddət daha uzun ola bilər.
Qripin müalicəsi
Yüngül hallarda qrip istirahət və bol maye qəbulu ilə sağalır. Ağır və ya riskli qruplarda isə antiviral dərmanlardan istifadə tövsiyə edilir. Dərmanlar xəstəliyin gedişini yüngülləşdirə və müddətini qısalda bilər.
Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) tövsiyəsinə əsasən, 6 aydan yuxarı hər bir şəxs illik qrip peyvəndi vurdurmalıdır. Bu peyvənd virusa yoluxma riskini və xəstəliyin ağır fəsadları ilə qarşılaşma ehtimalını azalda bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654