Səhiyyə Nazirliyi, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi, TƏBİB və Sumqayıt Şəhər İcra Hakimiyyətinin təşkilatı dəstəyi ilə Azərbaycan Pediatrlar Assosiasiyası (APA) 95 illik yubileyi ərəfəsində Sumqayıt şəhərində yeni istidadəyə verilən Muğam Mərkəzində gerçəkləşdirdiyi nüfuzlu bir konfransla həkim və mütəxəssisləri bir araya gətirdi.
“Pediatriyanın aktual problemləri” mövzusunda konfransda milli pediatriyanın qarşılaşdığı çətinliklər, ana və uşaq sağlamlığının mühafizəsi və müalicə sahəsində yeniliklər üzərində dayanılıdı, uşaqların sağlamlıq vəziyyətini yaxşılaşdırmağa yönəldilmiş proqramlara dair əhəmiyyətli müzakirələr aparıldı.
200-dən artıq iştirakçının qatıldığı tədbir şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başladı.
Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, Avrasiya Uşaq Həkimləri Federasiyasının vitse-prezidenti, Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, tibb üzrə fəlsəfə doktoru Təranə Tağı-zadə tədbirin əsas açılış nitqini edərək, Assosiasiyanın tarixi uğurları haqqında danışdı: "95 illik tarixi müddətində APA ana və uşaq sağlamlığı sahəsində ölkə miqyasında əhəmiyyətli tədbirlər həyata keçirmişdir. Bu illər ərzində Assosiasiya çoxsaylı təlimlər təşkil edərək fəaliyyətinin bir istiqamətini mütəxəssislərin bilik və bacarıqlarını artırmağa yönəltmişdir. Eyni zamanda, təşkilat tibbi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə standartların yaradılması və tətbiqində mühüm rol oynamış, ictimai maarifləndirmə kampaniyaları təşkil etmiş və cəmiyyət arasında bu mövzuda məlumatlılığın artırılmasına töhfə vermişdir. Bu gün APA Azərbaycanda tibb sahəsində həyata keçirilən fundamental islahatları dəstəkləyir, tibbi xidmətlərin keyfiyyətinin artırılması və elmi-təcrübi biliklərin tətbiqi sahəsində fəal iştirak edir".
Konfransda çıxış edənlər - millət vəkilləri Hicran Hüseynova, Müşfiq Məmmədli, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova, tibbi qurumların rəhbərləri və alimlər ana və uşaq sağlamlığı sahəsində mövcud problemləri vurğulamaqla yanaşı, yeni yanaşmalar təklif etdilər.
Müzakirələr zamanı pediatrik diaqnostikanı optimallaşdırmaq və effektiv müalicə metodlarının təmin edilməsi üzrə innovativ yanaşmalar üstün istiqamətlər kimi qəbul edildi. Mütəxəssislər uşaq sağlığını təhlükə altına alan faktorlara diqqət çəkdi və bu faktorların aradan qaldırılması istiqamətində konkret tövsiyələr irəli sürüldü.
Sonda konfransın əhəmiyyətinə toxunan APA sədri təşkilatın pediatriya sahəsində beynəlxalq əhəmiyyətli təcrübələrə inteqrasiyası üzrə tədbirlərini və strategiyalarını davam etdirəcəyini qeyd etdi.
Konfrans Azərbaycan pediatriyasının mövcud problemlərinə və yeniliklərinə işıq salaraq, gələcək inkişaflara təkan vermək baxımından mühüm platforma kimi qiymətləndirildi.
Sağlamlıq və rifahın qorunması naminə humanist təşəbbüs
Azərbaycan Pediatrlar Assosiasiyası növbəti dəfə tibbi aksiya keçirdi. Konfransın ardından Sumqayıtda "Boulevard Medical Center"də Vətən müharibəsi qazilərinin və şəhidlərin ailə üzvləri üçün təmənnasız kompleks tibbi baxış təşkil edildi.
Aksiya qəhrəman qazilərimizin və şəhid ailələrinin sağlamlığını qorumaq və onların gündəlik həyat keyfiyyətini artırmaq məqsədi daşıyırdı. Tibbi müayinə zamanı aksiya iştirakçıları peşəkar pediatrlar tərəfindən hərtərəfli müayinə edildi, sağlamlıq vəziyyətləri ilə bağlı tövsiyələr verildi və ehtiyac duyulan istiqamətlərdə dəstək göstərildi.
-
Tanınmış həkim, Milli Məclisin deputatı Rəşad Mahmudovdan çağırışƏn çox oxunanlar05 Yanvar 2026132
-
Azərbaycanda respirator infeksiyalar artıb - Metapnevmovirus təhlükəsiƏn çox oxunanlar08 Yanvar 2026122
-
Həkim influenza qrip virusunun risk faktoru və qorunma yollarından bəhs etdiƏn çox oxunanlar09 Yanvar 2026118
-
Qış mövsümünə sağlam hazırlıqƏn çox oxunanlar12 Yanvar 2026110
-
Səhiyyə yalnız müalicə deyil, idarəetmə sənətidirƏn çox oxunanlar06 Yanvar 2026108
-
Mövsümi infeksiyalar və pnevmoniya təhlükəsi barədə xəbərdarlıqƏn çox oxunanlar07 Yanvar 2026108
-
Gözdə problem yaradan düyünlər – Xalazion nədir? - Oftalmoloqlar izah etdiƏn çox oxunanlar06 Yanvar 2026106
-
TƏBİB-ə təklif, şikayət, tələb və s. ilə bağlı necə müraciət edə bilərəm?Ən çox oxunanlar07 Yanvar 2026100
-
Sosial mediada yayılan "təhlükəli vaksin" xəbərləri yalan çıxdıƏn çox oxunanlar05 Yanvar 202698
-
Böyrək daşı əməliyyatları icbari tibbi sığorta ilə ödənişsizdirƏn çox oxunanlar06 Yanvar 202696
-
Bakıda fəaliyyət göstərən 40-dan çox həkim bu ay Şamaxı rayonunda xidmət göstərəcəkƏn çox oxunanlar07 Yanvar 202690
-
Yeni inşa olunan Füzuli Rayon Mərkəzi Xəstəxanası 2027-ci ildə istifadəyə veriləcəkƏn çox oxunanlar05 Yanvar 202688
-
Beyin ölümünün təsdiqlənmə prosesi necə aparılır?Ən çox oxunanlar05 Yanvar 202686
-
İmtiyazlı xəstələr üçün yeni aptek fəaliyyətdədirƏn çox oxunanlar12 Yanvar 202686
-
İcbari tibbi sığorta ilə həkim seçmək mümkündürmü? – Qanun nə deyir?Ən çox oxunanlar13 Yanvar 202684
-
Uşaq sığınacağında tibbi müayinələr təşkil olunubƏn çox oxunanlar09 Yanvar 202682
-
Ruh və bədən sağlamlığı üçün kiçik tövsiyəƏn çox oxunanlar07 Yanvar 202680
-
Leyla Əliyeva Maskatda Xərçəngin Kompleks Müalicəsi və Tədqiqatı Mərkəzini ziyarət edibƏn çox oxunanlar06 Yanvar 202676
-
Arzu Bəydəmirova: Arterial hipertenziyanın müalicəsində həyat tərzi və qidalanma da mühüm rol oynayırƏn çox oxunanlar06 Yanvar 202674
-
Ötən il 54 min 500 şəxsə əlillik təyin olunubƏn çox oxunanlar12 Yanvar 202674