Baykonurdan “Soyuz-2.1b” raketdaşıyıcısı buraxılaraq “Bion-M” №2 biosputnikini qütb orbitinə çıxarıb. Peykin göyərtəsində bütöv bir “kosmonavt siçan dəstəsi” — 75 siçan yerləşdirilib. Onlar 25 xüsusi qutuda saxlanılır, hər birində 3 siçan olmaqla.
Azmedinfo.az "Realnoe Vremya"ya istinadən xəbər verir ki, bundan əlavə, 1500 drozofila milçəyi, mikroorqanizm hüceyrə mədəniyyətləri, bitkilər (kalendula, ekinezya, mamır), dənli və paxlalı nümunələr də aparata yüklənib. Həmçinin göbələklər, mamırlar, mikroorqanizmlər və əvvəlki kosmik missiyalarda — 2013-cü ildə “Bion-M” №1 və 2014-cü ildə “Foton-M” ilə kosmosa göndərilən toxumlardan yetişdirilmiş bitkilərin yeni nəsil toxumları da təcrübəyə daxil edilib.
Aparatın xarici hissəsinə isə meteorit imitasiyası yerləşdirilib, onun içində canlı hüceyrələr var. Bu, alimlərə həyatın meteoritin daxilində saxlanılıb-saxlanıla bilməyəcəyini öyrənməyə, yəni kosmik cismin Yer atmosferindən keçərkən yanıb məhv olub-olmadığını müəyyənləşdirməyə kömək edəcək.
Missiya “Roskosmos”, Rusiya Elmlər Akademiyası və Rusiya Tibb-Biologiya Problemləri İnstitutu tərəfindən hazırlanıb. Təcrübə kosmosda 30 gün davam edəcək, daha sonra peyk Orenburq çöllərinə eniş etməlidir. Məqsəd — yüksək enlikli orbitdə (burada kosmik radiasiya Beynəlxalq Kosmik Stansiyanın orbitinə nisbətən 30% çoxdur) uçuşun canlı orqanizmlərə təsirini öyrənməkdir. Bu araşdırmalar gələcəkdə insan bədənini radiasiyadan qorumaq yollarını tapmaq üçün vacibdir — xüsusən də Marsa və daha uzaq kosmik səfərlərə hazırlaşmaq üçün.
Siçanlar Yerə qayıtdıqdan sonra onları xoş taleyin gözləmədiyi bildirilir — mütəmadi olaraq yarılaraq uçuşdan sonrakı bərpa prosesləri araşdırılacaq. Toplanmış məlumatların analizi bir ilə yaxın çəkəcək. İki ildən artıq video material isə süni intellekt tərəfindən emal ediləcək.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261050
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026918
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026916
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026880
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026782
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026758
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026740
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026732