2026 cı il üçün İcbari Tibbi Sığorta fonduna dövlət büdcəsindən 900 milyon manat ayrılması nəzərdə tutulur. Bu isə ötən il ayrılan məbləğlə müqayisədə 35 faizə qədər azdır. Bu qədər azalmanın səbəbləri nədir? Azalmaya ehtiyyac nədən yaranıb? Bu insanlara əlavə yük gətirəcək mi və ya tibbi xidmətlərin azalmasına səbəb olabilərmi?
Azmedinfo.az Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Rəşad Mahmudovun aktual məsələ ilə bağlı açıqlamasını təqdim edir:
Əziz həmvətənlər!
İcbari tibbi sığorta fonduna dövlət büdcəsindən ayrılan vəsaitin azalması ilk baxışda mənfi tendensiya kimi görünsə də, bu, əslində sistemin maliyyə dayanıqlığının artması ilə bağlıdır. Son illərdə tibbi sığorta mexanizmləri genişlənib, fondun daxilolmaları təkcə büdcə vəsaiti deyil, digər mənbələr hesabına da formalaşır. Yəni, dövlət yükünün bir hissəsi tədricən özəl sektor, müəssisə və fiziki şəxslərin üzərinə keçir. Bu isə beynəlxalq praktikada tam normal prosesdir.
Burada əsas məqsəd dövlət büdcəsi xərclərini azaltmaq deyil, sığorta sistemini daha çevik və effektiv mexanizmə çevirməkdir. Bu dəyişikliklərin vətəndaşın üzərinə əlavə maliyyə yükü qoyması, yaxud xidmətlərin azalması kimi təhlükələrdən söhbət getmir. Əksinə, məqsəd vəsaitlərin daha səmərəli istifadəsi və tibbi xidmətlərin keyfiyyətinin artırılmasıdır. Əslində burada söhbət vətəndaşın üzərinə əlavə yük qoyulmasından yox, iqtisadiyyatın sağlamlaşmasından gedir. İş yerlərinin açılması, kölgə iqtisadiyyatının daralması və işəgötürənlərin işçiləri rəsmi qeydiyyata alması nəticəsində həm sığorta haqları, həm də insanların gələcək pensiya təminatı güclənir.
Dövlətin məqsədi budur ki, hər bir işləyən şəxs sistemin bir hissəsinə çevrilsin. Bu zaman fondun daxilolmaları təbii şəkildə artır və dövlət büdcəsinin üzərindəki yük azalır.
Dünyanın inkişaf etmiş ölkələrində tibbi sığorta dövlət büdcəsi hesabına formalaşmır. Sistem yeni qurularkən dövlət bir növ tampon rolunu oynayır. Zamanla iqtisadiyyat inkişaf etdikcə bu yük tədricən sığorta fondunun öz mexanizmləri hesabına qarşılanır.
Yəni bu, “azaltma” deyil, sistemin yetkinləşməsi prosesidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654