Tapıntılar təsdiqlənərək klinik tətbiqlərə çevrilərsə, gələcəkdə "opioidləri" əvəz edə biləcək, təhlükəsiz və asılılıq yaratmayan yeni ağrı müalicələri inkişaf etdirilə bilər.
Elm adamlarının asılılıq yaratmayan, təbii ağrıkəsici mexanizmi kəşf etdiyi bildirilib. Leeds Universitetinin rəhbərliyi ilə aparılan yeni bir araşdırma, insan bədəninin özündə "opioidlərə" bənzər, lakin asılılıq riski daşımayan bir ağrıkəsici sistem daşıdığını ortaya qoyub.
Azmedinfo.az T24-ə istinadən yazır ki, tədqiqata görə, orqanizm "benzodiazepinə" bənzər təbii peptidlər istehsal edərək müəyyən sinir uclarındakı ağrı siqnallarını azalda bilir. Bu peptidlər onurğa beyni qanqlionlarında yaranır və yalnız periferik sinir sistemində təsirli olduqları üçün "opioidlərdə" müşahidə olunan yuxululuq, huşun qarışması və ya asılılıq kimi yan təsirlərə səbəb olmur.
Tədqiqata rəhbərlik edən Leeds Universitetindən professor Nikita Gamper mövcud ağrıkəsicilərin məhdud olduğunu qeyd edərək, "Opioidlər hələ də ən güclü ağrıkəsicilərdir, lakin asılılıq baxımından ən risklidirlər. Daha yaxşısına ehtiyac var," deyib. Leeds Universitetinin ağrı müalicəsi üzrə mütəxəssisi Dr. Ganesan Baranidharan isə xroniki ağrının səhiyyə xidmətlərinin ən böyük problemlərindən biri olduğunu söyləyərək, "Uzunmüddətli opioid və sinir dərmanları ciddi yan təsirlər yarada bilər. Bu araşdırma yeni və təhlükəsiz bir müalicə qapısı aça bilər," fikirlərini irəli sürüb.
Prof. Gamper və komandasının bu sahədəki işlərini irəlilətmək üçün 3,5 milyon funt sterlinq məbləğində yeni bir vəsait aldığı qeyd olunub. Beş il davam edəcək yeni layihədə nöropatik ağrıların bioloji markerləri araşdırılacaq və bu təbii peptidlər mexanizmi əsasında yeni müalicə üsulları inkişaf etdiriləcək.
Araşdırma Leeds Universiteti, Çindəki Hebei Tibb Universiteti və Cincinnati Universitetinin birgə əməkdaşlığı ilə aparılıb. Tədqiqatın həmmüəllifi professor Xiaona Du, "Eyni nəticəyə gəldiyimizi gördükdə, bunun ardınca getməli olduğumuzu anladıq," şərhini verib. Vurğulanıb ki, bu kəşf orqanizmin öz sinir sistemində gizlənən təbii bir ağrıya nəzarət mexanizmini ortaya çıxarıb.
Tapıntılar təsdiqlənərək klinik tətbiqlərə çevrilərsə, gələcəkdə "opioidləri" əvəz edə biləcək, təhlükəsiz və asılılıq yaratmayan yeni ağrı müalicələrinin inkişaf etdiriləcəyi bildirilib.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261116
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261096
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261050
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261022
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261022
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026944
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026926
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026926
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026926
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026918
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026916
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026908
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026888
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026880
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026856
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026812
-
Quranda İslamı kökündən dəyişən yozumlarƏn çox oxunanlar20 Oktyabr 2026782
-
Səhiyyə islahatlarının əsas məqsədi vahid idarəetmə sisteminin formalaşdırılmasıdır ŞƏRHƏn çox oxunanlar20 Oktyabr 2026758
-
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) “Uşaq Hüquqları Aylığı”nın elan olunması ilə bağlı MÜRACİƏTİƏn çox oxunanlar20 Oktyabr 2026740
-
TƏBİB-in Səhiyyə Nazirliyinin tabeliyinə verilməsi vahid strateji idarəetməni gücləndirəcəkƏn çox oxunanlar20 Oktyabr 2026732