Qalxanabənzər vəzi kiçik, kəpənək formalı orqandır. O, yodu qan dövranından udur, sinir sisteminin inkişafı və fəaliyyəti üçün vacib olan hormonları və orqanizmdə gedən bir çox başqa prosesləri sintez edir. Qalxanabənzər vəzinin az miqdarda hormon sintez etməsi vəziyyətinə hipotireoz, onların çoxunun olduğu patologiyalar, isə hipertireoz adlandırlır.
Azmedinfo.az xəbər verir ki, hipotireoz və hipertireoz müstəqil xəstəliklər deyil, tiroid hormonlarının hasil olmasının dəyişdiyi şərtlərdir. Hormonların daha az və ya daha çox olmasının səbəbləri həm irsi, həm də qazanılmış xəstəliklər və ya həyat tərzi faktorları ilə əlaqəlidir.
Anadangəlmə hipotireoz intrauterin inkişaf dövründə baş verən pozğunluqlarla əlaqələndirilir. Bu zaman tiroid bezi ya olmur, ya çox kiçik olduğu üçün lazımi miqdarda hormon hasil etmir. Anadangəlmə hipotireozun doğuşdan dərhal sonra neonatal skrininq zamanı diaqnozu qoyulur. O, müalicə edilə bilməsə də, medikamentoz müalicənin köməyi ilə vəziyyəti düzəltmək mümkündür.
Qazanılmış hipotireoz erkən uşaqlıq da daxil olmaqla hər yaşda diaqnoz edilə bilər. Bu vəziyyətin ümumi səbəblərindən biri Haşimoto xəstəliyi kimi də tanıdığımız autoimmun tireoiditdir. Bu xəstəlikdə immunitet sistemi öz qalxanabənzər vəzinə hücum etməyə başlayır və onun düzgün işləməməsinə səbəb olur.
Mütəxəssislərin qənaətincə, əgər övladınız tez yorulmağa, kökəlməyə başlayırsa, daim üşüdüyündən şikayətlənirsə hipotireozdan şübhələnmək mümkündür. Hipotireozlu uşaqların çox ağlağan və həddindən artıq emosional olması da nəzərə çarpır. Tiroid hormonlarının uzunmüddətli çatışmazlığını göstərən digər əlamətlərə nitqin inkişafının ləngiməsi, eləcə də böyümə sürətinin yavaşlaması daxildir.
Belə problemlərin ortaya çıxması endokrinoloqa müraciət etmək üçün mühüm səbəbdir. Ailədə tiroid bezinin patologiyası halları varsa bunu etmək xüsusilə vacibdir. Müayinə kompleks şəkildə aparılmalıdır. İxtisaslı endokrinoloq müayinəsi, müvafiq instrumental müayinələrlə yanaşı, uşağın otolarinqoloq, nevropatoloq, loqoped, lazım gələrsə, digər mütəxəssislərə də göndərilməsi məqsədəuyğundur.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026782
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026750
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654