Müalicəyə baxmayaraq uşaqlarda astmanın kəskinləşməsinə səbəb olan iltihabi mexanizmlər mövcuddur.
Azmedinfo.az "JAMA Pediatrics" jurnalında dərc olunan nəticələrə əsasən, xəbər verir ki, son çoxmərkəzli klinik araşdırmanın göstərdiyinə görə, Eozinofilli astma — eozinofillərin (orqanizmin immun cavabında iştirak edən bir növ ağ qan hüceyrəsi) yüksək səviyyəsi ilə xarakterizə olunur. Adətən eozinofillər infeksiyalara qarşı mübarizədə kömək edir, lakin eozinofilli astma zamanı bu hüceyrələr ağciyərlərdə və tənəffüs yollarında toplanaraq xroniki iltihab, ödem və tənəffüs yollarının zədələnməsinə səbəb olur.
Bu astma növü T2 tipli iltihabla əlaqəlidir – bu, eozinofillərin yaranmasını və aktivləşməsini stimullaşdıran sitokinləri əhatə edən immun cavabdır. Buna görə də eozinofillərin səviyyəsini azaltmaq və astma tutmalarının qarşısını almaq üçün T2 tipli iltihaba qarşı yönəlmiş terapevtik üsullardan istifadə olunur.
Lakin T2 tipli iltihabı hədəfə alan müalicəyə baxmayaraq, bəzi uşaqlarda astma tutmaları davam edir. Bu isə onu göstərir ki, kəskinləşmələrdə başqa iltihabi mexanizmlər də rol oynayır, – deyə araşdırmanın həmmüəllifi, Çikaqodakı Ann və Robert H. Luri Uşaq Xəstəxanasının həkimi Rajeş Kumar bildirib.
Araşdırma çərçivəsində alimlər ABŞ-ın 9 şəhərində aztəminatlı şəhər ərazilərində yaşayan, eozinofilli astma diaqnozu qoyulmuş uşaqların tənəffüs xəstəlikləri ilə bağlı əvvəlki klinik tədqiqatının məlumatlarını təhlil ediblər. Onlar T2 tipli iltihaba təsir edən bioloji dərman olan mepolizumabın effektivliyini 52 həftə ərzində plasebo ilə müqayisə ediblər.
Nəticələr göstərib ki, mepolizumab eozinofillərlə bağlı T2 iltihabının şiddətini azaltsa da, astma tutmalarının qarşısı tam alına bilməyib.
Əvvəlki araşdırma göstərmişdi ki, bioloji dərmanla allergik iltihabın bir hissəsini aradan qaldırdıqda belə, bəzilərində niyə hələ də tutmalar baş verir, bəzilərində isə yox? Allergik və qeyri-allergik müxtəlif iltihab növləri, həm virus mənşəli, həm də qeyri-virus mənşəli kəskinləşmələrlə qarşılıqlı əlaqədə olur. Bunu nəzərə alaraq, uşaqlarda bəzi tutmaların səbəblərini daha dəqiq müəyyən etmək üçün tədqiqatlar əhəmiyyətlidir.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654