27 fevral 1879-cu ildə ABŞ-ın Cons Hopkins Universitetində (John Hopkins University) elmi tədqiqatlar aparan kimyaçı-əczaçı Konstantin Fahlberq (Constantin Fahlberg) kömür qatranı üzərində müxtəlif təcrübələr aparırdı.
Azmedinfo.az maraqlı kəşfin tarixinə işıq tutur.
Universitetin prorektoru İra Remsenin iştirak etdiyi bu təcrübələrdən birindən sonra Fahlberq şam yeməyinə qısa fasilə verdi. Əllərini yumadan yemək masasına oturmuşdu. Bu arada əlini ağzına apararkən barmaqlarından ağzına şirin bir dad gəldi. Süfrədən sürətlə ayrılaraq laboratoriyasına qayıdan Konstantin kömür qatranı ilə fosfor və ammonyak mayeləri üzərində təcrübələr apardı.
Bütün bu araşdırmalar nəticəsində amerikalı kimyaçı sonralar süni dadlandırıcıların ilki sayılacaq saxarini kəşf etdi. Saxarin adi şəkərdən 300 dəfə şirin olmasına baxmayaraq, sıfır kalorili dəyərə malik olması kimi mühüm xüsusiyyətə malik idi. Təsadüfi kəşfini yazdığı 2 məqalə ilə dünyaya bəyan edən Konstantin Fahlberq 1884-cü ildə yeni məhsulu patentləşdirdi. Lakin o illərdə şəkərin qiymətinin aşağı olması və kimyəvi məhsulların bahalı və saxarinin istehsalının çətin olmasına görə bu kəşfə çox da fikir verilmədi.
Məhz Birinci Dünya Müharibəsi süni dadlandırıcıların taleyini dəyişdi. Müharibənin başlaması ilə bütün dünyada şəkər istehsalı azaldı, dəniz yollarıyla Avropa ölkələrinə və ABŞ-a şəkər ticarəti axsadı və qiymətlər sürətlə artdı.
Birinci Dünya Müharibəsindən sonra bütün dünyada baş verən 1929-cu il iqtisadi böhranı qida və içki sənayesində dadlandırıcı məhsullara müraciətə məcbur etdi. Bununla da süni dadlandırıcılar dövrü başladı.
İkinci Dünya Müharibəsindən sonra - 1960-70-ci illərdə arıqlamaq və sağlam qidalanma xüsusilə gənc nəsil arasında dəb halını aldı. Bunun ən qısa yolu tərkibində təbii şəkər olan qidalar əvəzinə süni dadlandırıcılardan istifadə edilən məhsullara keçmək idi. Lakin o vaxtdan bəri süni dadlandırıcıların insan sağlamlığına təsiri mübahisəli olaraq qalır.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261102
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261048
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261018
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026886
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026780
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026748
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026686
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654