Uzun ömürlə bağlı aparılan yeni araşdırmalar göstərir ki, insan orqanizminin bəzi orqanları digərlərindən daha mühüm rol oynaya bilər. Alimlər müəyyən ediblər ki, xüsusilə beyin və immun sisteminin "gənc" qalması ürək və ya ağciyərlərin yavaş qocalmasından daha böyük əhəmiyyət daşıyır.
Azmedinfo.az "Planet today" nəşrinə istinadən yazır ki, Mount Sinaidəki İkan Tibb Məktəbinin tədqiqatçısı Hamilton Se-Hvi O-nun rəhbərlik etdiyi komanda UK Biobank layihəsi çərçivəsində 40–70 yaş arasında olan 44 min nəfərdən götürülmüş qan nümunələrində təxminən 3000 zülalın səviyyəsini analiz edib. Genetik məlumatlardan istifadə edərək bu zülalların bədənimizdə hansı orqanlarla əlaqəli olduğunu müəyyənləşdirən tədqiqatçılar onların əsasən beyin, immun sistemi, ürək, qaraciyər, ağciyər, əzələ, mədəaltı vəzi, böyrəklər, bağırsaq və piy toxumalarında cəmləndiyini aşkar ediblər.
Komanda daha sonra süni intellekt modelləri vasitəsilə bu orqan və sistemlərin yaşını proqnozlaşdırıb. Nəticələr göstərib ki, bəzi iştirakçıların bədənində müəyyən orqanlar digərlərindən daha sürətlə yaşlanır. Tədqiqatın növbəti mərhələsində bu modellər digər iştirakçıların orqan yaşlarını müəyyənləşdirmək üçün tətbiq olunub və onların sağlamlıq durumu 11 il müddətində izlənilib.
Məlum olub ki, yalnız bir orqanın və ya immun sisteminin vaxtından əvvəl qocalması belə ölüm riskini 1,5–3 dəfə artırır. Eyni zamanda, bu cür "yaşlı" orqanların sayı artdıqca risk də yüksəlir. Maraqlıdır ki, ürək və ağciyər kimi orqanların gənc olması ömür uzunluğuna ciddi təsir göstərməyib. Lakin beyni və immun sistemi xüsusilə gənc qalan insanlarda ölüm riski 40–56 faiz azalıb.
Kolumbiya Universitetinin professoru Alan Koen bildirir ki, beyin və immun sistemi orqanizmdə bir çox həyati funksiyaları tənzimlədiyindən onların vəziyyəti ümumi sağlamlığa və ömür uzunluğuna əhəmiyyətli dərəcədə təsir edir.
Bununla belə, ekspertlər bildirirlər ki, qanda müəyyən edilən zülal markerləri orqanların real yaşlanma prosesini tam əks etdirməyə bilər. Həmçinin, tədqiqatın əsas iştirakçılarının etnik və sosial baxımdan məhdud auditoriyanı əhatə etməsi nəticələrin universallığını şübhə altına alır.
Hazırda beyin və immun sisteminin yaşlanmasını birbaşa ləngidəcək metodlar olmasa da, bu istiqamətdə əldə edilən məlumatlar gələcəkdə bu sistemləri hədəfləyən dərmanların hazırlanmasına və insanların daha uzun və sağlam yaşamasına töhfə verə bilər.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654