Allergiya qoruyucu ola bilərmi? Yeni bir genişmiqyaslı araşdırma, bəzi yayğın allergiyaların — xüsusilə allergik rinitin (burun axıntısı və asqırma ilə müşayiət olunan mövsümi allergiya) ağciyər xərçəngi riskini azalda biləcəyini göstərib. Bu təsir daha çox kişilərdə müşahidə olunub.
Azmedinfo.az "Frontiers in Medicine" jurnalında dərc olunnan tədiqiqata istinadən yazır ki, alimlər allergik xəstəliklərlə ağciyər xərçəngi arasında olan əlaqəni araşdırıblar.
Ağciyər xərçəngi dünyada ən çox yayılan və ölümə səbəb olan xərçəng növlərindən biridir. 2010–2019-cu illər arasında bu xəstəliyin halları 26%, ölüm göstəriciləri isə 20% artıb.
Tədqiqat göstərib ki, allergiyanın növü bu riskə fərqli təsir göstərir. Məsələn, astma ağciyər xərçəngi riskini artıra bilər. Amma allergik rinit və ya ekzema kimi xəstəliklər bu riski azalda bilər. Astma bu araşdırmaya daxil edilməyib, çünki onun xərçənglə əlaqəsi artıq dəqiq məlumdur və nəticələri çaşdıra bilərdi.
Mütəxəssislər bildirir ki, allergiyanın xərçəng riskini azaltmasının səbəbi immun sisteminin daha aktiv işləməsi ola bilər. Belə olan halda, immun sistem xərçəng hüceyrələrini erkən mərhələdə tanıyıb məhv edə bilər. Amma başqa bir fərziyyəyə görə, allergiyanın yaratdığı xroniki iltihab bəzən əks təsir də göstərə bilər — hüceyrələrdə mutasiyalara yol açaraq xərçəng riskini artıra bilər.
Araşdırmada həmçinin qeyd olunur ki, allergik reaksiyalar orqanizmdə eyni zamanda həm zərərli, həm də qoruyucu təsir göstərə bilər. Yəni bir bölgədə zərər verə, başqa bir nahiyəni isə qorumağa kömək edə bilər.
Bu araşdırma çərçivəsində alimlər allergik rinit və ekzema ilə ağciyər xərçəngi arasında əlaqəyə dair mövcud elmi məqalələri araşdırıblar. Web of Science, Embase, Cochrane Library və PubMed kimi böyük elmi bazalardan yüzlərlə iş araşdırılıb və nəticədə 10 yüksək keyfiyyətli tədqiqat seçilərək meta-analiz aparılıb. Bu tədqiqatlar ümumilikdə 3,8 milyon iştirakçını əhatə edib.
Nəticələr göstərib ki, bəzi allergiyalar həqiqətən də ağciyər xərçəngi riskini azalda bilər, lakin bu sahədə hələ də dəqiqləşdirilməli çox suallar var. Tədqiqatçılar əlavə elmi araşdırmalara ehtiyac olduğunu vurğulayırlar.
-
İslam dünyasında vahid Quranın düzgün tərcüməsi və yozumu olmayınca dini radikalizmin kökü kəsilməyəcəkƏn çox oxunanlar16 Oktyabr 20261098
-
Süd vəzi xərçəngində erkən diaqnoz müalicənin uğurunu artırırƏn çox oxunanlar15 Oktyabr 20261092
-
Həkim venoz trombozun əsas əlamətlərini açıqlayıbƏn çox oxunanlar15 Oktyabr 20261046
-
Azad Şərq qadını və Azərbaycanın tarixi təcrübəsiƏn çox oxunanlar13 Oktyabr 20261042
-
“TürkTransplant” təşəbbüsü: Türk dövlətləri arasında tibbi həmrəylikƏn çox oxunanlar14 Oktyabr 20261020
-
Tibb müəssisələrində hicab məhdudiyyəti ilə bağlı yayılan sənəd saxtadır - Birgə açıqlamaƏn çox oxunanlar15 Oktyabr 20261016
-
Valideyndə irsi xərçəng geni olduqda uşaq nə vaxt genetik test olunmalıdır?Ən çox oxunanlar17 Oktyabr 2026938
-
Uşaqlarda anadangəlmə uroloji anomaliyalar - Valideynlər nəyi bilməlidir?Ən çox oxunanlar14 Oktyabr 2026922
-
Yenidoğulmuşların təhlükəsiz transportuna dair elmi-praktiki təlim keçirilibƏn çox oxunanlar14 Oktyabr 2026918
-
İSİM-in də təşkilatçılar sırasında olduğu I Bakı Beynəlxalq İnklüziv Konfransı keçirilibƏn çox oxunanlar17 Oktyabr 2026916
-
Beynəlxalq Yoxsulluqla Mübarizə GünüdürƏn çox oxunanlar17 Oktyabr 2026910
-
16 Oktyabr – Ümumdünya Anesteziya GünüƏn çox oxunanlar16 Oktyabr 2026898
-
Ucuz eynəklər göz üçün təhlükəlidir – Oftalmoloqdan xəbərdarlıqƏn çox oxunanlar16 Oktyabr 2026884
-
Anadangəlmə qüsuru olan yenidoğulmuş üzərində mürəkkəb əməliyyat aparılıbƏn çox oxunanlar13 Oktyabr 2026872
-
XVII Azərbaycan - Türkiyə - Almaniya Tibb Hüququ Simpoziumunda orqan donorluğu və transplantasiyanın hüquqi əsasları müzakirə olunubƏn çox oxunanlar19 Oktyabr 2026844
-
Nə üçün mədə-bağırsaq sistemi stresə reaksiya verir?Ən çox oxunanlar18 Oktyabr 2026802
-
Yeni səhiyyə naziri təyin edilidiƏn çox oxunanlar19 Oktyabr 2026774
-
Teymur Musayev səhiyyə naziri vəzifəsindən azad edilib, Baş nazirin müavini təyin olunduƏn çox oxunanlar19 Oktyabr 2026742
-
ÜST Şərq Tərəfdaşlığı ölkələrində səhiyyə işçi qüvvəsinin dayanıqlı planlaşdırılması və analitik sistemlərin gücləndirilməsi üzrə seminarƏn çox oxunanlar19 Oktyabr 2026684
-
TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verildiƏn çox oxunanlar19 Oktyabr 2026654